Əlixan Musayev:
Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur.
Bünyadov-Məmmədəliyev:
Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).
Elmir Quliyev
:
Если вы призовете их на прямой путь, они не последуют за вами. Для вас все равно, будете вы их призывать или будете молчать.
Ələddin Sultanov:
Əgər onları doğru yola dəvət etsəniz, sizə uymazlar. Onları dəvət etsəniz də, sussanız da sizin üçün birdir.
Kerbelayi Malik ağa:
Əgər onları hidayətə (Allaha təslim olmağa) çağırsanız, sizə tabe olmazlar. Onları dəvətmi etdiniz, yoxsa siz səssizmi qaldınız? Sizin üçün birdir (sizin vəziyyətiniz eynidir, fərqi yoxdur).
Ələsgər Musayev:
Əgər onları çağırasız hidayətə tərəf, sizə tabe olmazlar. Əgər onları çağırasız, ya sakit olasız, sizin üçün fərq etməz.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).
Kövsər Tağıyev:
Onları doğru yola çağırsanız, sizə uymazlar. Onları çağırsanız da, sussanız da sizin üçün birdir (bir nəticə əldə edə bilməzsiniz).
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz onları düz yola dəvət etsəniz də onlar sizin ardınızca gəlməzlər. Onları dəvət etsəniz də, yaxud dinməz dursanız da heç bir fərqi yoxdur.
Sabirə Dünyamalıyeva:
Əgər siz onları doğru yola səsləsəniz, sizə tabe olmazlar. Onları səsləsəniz də, səsləməyib sussanız da sizin üçün heç fərqi yoxdur.