Bəqərə Surəsi 197. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti) əsnasında (qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!
Bünyadov-Məmmədəliyev:
Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!
Elmir Quliyev :
Хадж совершается в известные месяцы. Кто намеревается совершить хадж в эти месяцы, тот не должен вступать в половую близость, совершать грехи и вступать в споры во время хаджа. Что бы вы ни сделали доброго, Аллах знает об этом. Берите с собой припасы, но лучшим припасом является богобоязненность. Бойтесь же Меня, о обладающие разумом!
Ələddin Sultanov:
Həcc məlum olan aylardır. Kim o aylarda həcc etməyə niyyət edərsə, bilsin ki, həcdə qadınla yaxınlıq etmək, pis görmək dalaşmaq olmaz. Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!
Kerbelayi Malik ağa:
Həcc məlum olan aylardır. Kim o aylarda (ihrama girərək) həcci (özünə) fərz edərsə, artıq həccdə qadına yaxınlaşmaq (və bənzəri davranışlar), fasiqlik (günah işlər), döyüşmək olmaz. Siz xeyir görsəniz, Allah onu bilər. (Xeyirlərlə) (özünüzə) azuqə hazırlayın. Lakin azuqənin ən xeyirlisi şübhəsiz ki, təqva sahibi olmaqdır. Ey Üluləlbab! Mənə qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Həcc şəhrlərdir məlumKimə fərzdir onlarda həcc onda yoxdur yaxınlıq yoxdur fisq yoxdur mübahisə həcdə. fəaliyyət edəsiniz xeyirdənbilir onu AllahTədarük görün həqiqətən, xeyirli tədarük təqvalılıqdır. qorxun Məndən, ay ulu ağıl sahibləri!
A.Mehdiyev və D.Cəfərli:
Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!
Kövsər Tağıyev:
Həcc ayları məlum aylardır. Kim o aylarda həccə başlarsa, artıq ona həcdə cinsi yaxınlıq, günaha düşmək, dava-dalaş etmək olmaz. Siz xeyir görsəniz, Allah onu bilər. (Axirət üçün) azuqə toplayın. Şübhəsiz ki, ən xeyirli azuqə təqvadır (Allaha qarşı gəlməkdən çəkinməkdir). Ey ağıl sahibləri, mənə qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Həcc (vaxtı) bəlli aylardadır. Bu aylarda kim həcci fərz (vacib) bilib (ziyarəti başlayarsa) həcc vaxtı cinsi əlaqə olmalı, yaramaz tutmalı, (kiminləsə) çəkişmədə olmalıdır. Allah etdiyiniz xeyir işlərdən xəbərdardır. (Axirət üçün) tədarük edin ! Ən yaxşı tədarük isə Allahdan qırxmaqdır. Ey ağıl sahibləri, Məndən qorxun !
Sabirə Dünyamalıyeva:
Həcc/proqramlı ilahiyyat təhsili, məlum aylardır. Hər kim o aylarda həccə/proqramlı ilahiyyat təhsilinə başlasa bunu özünə vacib etsə/mütləq bunu edəcəyəm desə, artıq həcc/proqramlı ilahiyyat təhsili müddətində qadına yaxınlaşmaq/pis söz söyləmək, günah işləmək dava-dalaş etmək olmaz. Siz xeyir əməl işləsəniz, Allah onu bilər. azuqə tədarük edin. Şübhəsiz ki, ən xeyirli azuqə Allahın mühafizəsi altına daxil olmaqdır. ey dərk etmə qabiliyyəti olanlar! Mənim mühafizəm altına daxil olun!