Şüəra Surəsi 199. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
o, bunu onlara oxusaydı, yenə ona iman gətirməzdilər.
Bünyadov-Məmmədəliyev:
o (Quranı) onlara (Məkkə müşriklərinə kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.
Elmir Quliyev :
и если бы он прочел его им, то они не уверовали бы в него.
Ələddin Sultanov:
bunu (Quranı) onlara oxusaydı, yenə ona iman gətirməzdilər.
Kerbelayi Malik ağa:
Beləcə onlara Onu oxusaydı (yenə də) Ona iman etməzdilər.
Ələsgər Musayev:
qiraət etsəydi onu üzərinə onların, yenə ona inanmazdılar.
A.Mehdiyev və D.Cəfərli:
Qur’anı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Qur’an hara, ərəb milləti hara?»)
Kövsər Tağıyev:
o da bunu onlara oxusaydı, yenə buna iman etməzdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
o, bunu onlara oxusaydı, onlar buna yenə iman gətirməzdilər.
Sabirə Dünyamalıyeva:
o da bunu onlara oxusaydı, onlar buna iman edənlər deyildilər.