Nəhl Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “(Qullarımı) qorxudub xəbərdar edin ki, Məndən başqa ilah yoxdur. Məndən qorxun!”
Bünyadov-Məmmədəliyev:
(Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!”
Elmir Quliyev :
Он ниспосылает ангелов с духом (откровением) по Своему велению тому из Своих рабов, кому пожелает: "Предостерегайте тем, что нет божества, кроме Меня. Бойтесь же Меня".
Ələddin Sultanov:
Allah Öz iradəsi ilə mələkləri vəhylə bəndələrindən dilədiyi kimsəyə göndərib buyurar: “Məndən başqa heç bir ilah olmadığına dair (bəndələrimi) xəbərdar edin Məndən qorxun!”
Kerbelayi Malik ağa:
Qullarından dilədiyi kimsə üzərinə ‘Məndən başqa ilah yoxdur’ tərzində xəbərdar etmələri üçün mələkləri, əmrindən ruh ilə bərabər endirər. Elə isə Mənə qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Nazil edir mələkləri Ruh ilə Öz əmrindən ötrü bəndələrindən hər kimə istər, nəzərə çatdırsın ki, Haqdır O: «Yoxdur ilahi, ancaq Mənəm qorxun Məndən!
A.Mehdiyev və D.Cəfərli:
Mələkləri Öz əmri ilə ruhla (vəhy Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»
Kövsər Tağıyev:
Allah: “Məndən başqa ilah yoxdur. Elə isə mənə qarşı gəlməkdən çəkinin”, deyə (insanları) xəbərdar etmələri üçün əmrini ehtiva edən vəhy ilə mələkləri qullarından istədiyinə endirər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, mələkləri Öz buyurduğu vəhy ilə bəndələrindən istədiyi kəsə göndərin “Məndən başqa heç bir tanrının olmadığını xəbər verin. Məndən qorxun!”
Sabirə Dünyamalıyeva:
Allah, bəndələrindən istədiyinə, xəbərçi ayələri/vəhyi, Özünə xas bir olaraq ruh/can ilə birlikdə: "Şübhəsiz ki, Məndən başqa məbud yoxdur, o halda Mənim mühafizəm altına daxil olun deyə xəbərdarlıq edin" vəzifəsiylə nazil edər.