Əlixan Musayev:
Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev
:
Никто не удержит милость, которую Аллах открывает людям. А то, что Он удерживает, никто не может ниспослать после Него. Он — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Allahın insanlara bəxş etdiyi mərhəmətə heç kəs əngəl ola bilməz. Onun əngəl olduğunu da, Ondan başqa heç kəs verə bilməz. O qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Allah rəhmətindən insanlar üçün nə açarsa, o təqdirdə ona heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Nə ki, Allah insanlar üçün Öz rəhmətindən açarsa, onu heç kim
bağlaya bilməz. Və nə ki, bağlayarsa, onun üçün Ondan sonra
onu göndərən olmaz. O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur.
Kövsər Tağıyev:
Allahın insanlara bəxş etdiyi rəhmətə heç kim mane ola bilməz. O, nəyi də tutub saxlasa, bundan sonra onu heç kim göndərə bilməz. O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın insanlar üçün açdığı hər hansı bir mərhəməti tutub saxlayan olmaz və nəyi ki, O tutub saxlayır, Ondan sonra onu göndərən olmaz. O, qüdrət, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Allah, insanlara rəhmətdən nəyi açsa, artıq onu heç kim tuta bilməz. Hər nəyi də tutsa, artıq onu heç kim açıb sərbəst buraxa bilməz. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, fitnənin qarşısını yaxşı alan/elədiyini möhkəm eləyəndir.