Əlixan Musayev:
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.
Elmir Quliyev
:
О те, которые уверовали! Не поднимайте ваши голоса над голосом Пророка и не обращайтесь к нему так же громко, как вы обращаетесь друг к другу, а не то ваши деяния окажутся тщетными, и вы даже не почувствуете этого.
Ələddin Sultanov:
Ey iman gətirənlər, səslərinizi Peyğəmbərin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Səslərinizi Peyğəmbərin səsindən çox yüksəltməyin. Ona sözü bir-birinizə ucadan söylədiyiniz kimi ucadan söyləməyin. Siz fərqində olmadan əməlləriniz puç olar.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Öz səsinizi nəbinin
səsindən uca etməyin və ona öz aranızda bir-birinizə müraciət
edən kimi bərkdən müraciət etməyin, ondan ötrü ki, əməlləriniz
məhv olar və siz şüursuzsunuz.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq)səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir.)
Kövsər Tağıyev:
Ey iman edənlər! Səslərinizi Peyğəmbərin səsindən yuxarı qaldırmayın. Bir-birinizə bağırdığınız kimi Peyğəmbərə yüksək səslə bağırmayın, yoxsa siz fərqində olmadan əməlləriniz boşa gedər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Səsinizi peyğəmbərin səsindən yüksəyə qaldırmayın bir-birinizi çağırdığınız kimi onu yüksək səslə çağırmayın, yoxsa özünüz də duymadan işləriniz puç olar.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın. Bir-birinizə ucadan qışqırdığınız kimi, Peyğəmbərə ucadan qışqırmayın; yoxsa siz fərqində olmadan hörmətsizlikdə həddi aşarsınız və əməlləriniz puç olar.