Əlixan Musayev:
Sizlərdən öz qadınlarını (anaya bənzədərək) özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.
Elmir Quliyev
:
Те из вас, которые объявляют своих жен запретными для себя, говорят слова предосудительные и лживые. Их жены — не матери им, ведь их матерями являются только женщины, которые их родили. Воистину, Аллах — Снисходительный, Прощающий.
Ələddin Sultanov:
Sizdən öz qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyillər. Onların anaları ancaq özlərini dünyaya gətirən qadınlardır. Onlar, həqiqətən, çirkin bir söz və yalan söyləyirlər. Şübhəsiz ki, Allah çox əfv edəndir, bağışlayandır. (Cahiliyyə dövründə ərəblər arasında “Zihar” deyilən bir adət var idi. Belə ki, əgər bir kişi öz xanımına: “Sən mənim üçün anamın beli kimisən!” - deyərsə, o qadın həmin kişiyə haram sayılır və birdəfəlik əri tərəfindən tərk edilirdi. Yuxarıdakı ayə ilə Allah-Təala tərəfindən bu anlayışın yanlış olduğu və belə sözlərlə arvadın ərinin anası olmayacağı bildirilmiş və belə edənlərə aşağıdakı ayələrdə qeyd edilən cəzalar qoyulmuşdur.)
Kerbelayi Malik ağa:
Sizdən qadınları ilə zihar edən (arxa çevirən, boşayan) kimsələrin zövcələri onların anaları deyil. Onların anaları yalnız onları doğan qadınlardır. Şübhəsiz ki, onlar həqiqətən çikin və yalan bir söz söyləyirlər. Şübhəsiz ki, Allah mütləq əfv edən və məğfirət edəndir.
Ələsgər Musayev:
O kəslər ki, zihar edir sizlərdən qadınlarından, deyil onlar
anaları onların. Onların anası ancaq o arvadlardır ki, onları
doğublar. Onlar deyirlər bəyənilməyən sözdən və zor.
Həqiqətən, Allah Əfvidir, Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.
Kövsər Tağıyev:
Sizdən qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyil. Onların anaları sadəcə onları doğan qadınlardır. Şübhəsiz, onlar (zihar etdikləri zaman) yaxşı qarşılanmayan və yalan bir söz söyləyirlər. Şübhəsiz, Allah çox əfv edəndir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən qadınlarını öz analarına bənzədib zihar edənlər (bilsinlər ki), o qadınlar onların anaları deyildirlər, anaları onları doğmuş kəslərdir. Onlar xoşagəlməz və uydurma söz söyləyirlər. Axı Allah əfv edəndir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
Sizdən, öz qadınları ilə zihar[#396] edən kəslər [ki var]; zihar edilən qadınlar onların anaları deyil. Onların anaları ancaq onları dünyaya gətirən qadınlardır. Və şübhəsiz ki, onlar çirkin və yalan olan sözü söyləyirlər. Və şübhəsiz ki, Allah çox əfv edəndir, çox bağışlayandır.