Həşr Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!
Bünyadov-Məmmədəliyev:
Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin başına gələnlərdən) ibrət alın!
Elmir Quliyev :
Он Тот, Кто изгнал неверующих людей Писания из их жилищ при первом сборе. Вы не думали, что они уйдут. Они же полагали, что их крепости защитят их от Аллаха. Но Аллах настиг их оттуда, откуда они не предполагали, и бросил в их сердца страх. Они разрушают свои дома собственными руками и руками верующих. Прислушайтесь же к назиданию, о обладающие зрением!
Ələddin Sultanov:
Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi onların qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm möminlərin əlləri ilə dağıdırdılar. Ey ağıl sahibləri, (bundan) ibrət alın!
Kerbelayi Malik ağa:
Kitab əhlindən inkar edənləri ilk dəfə sürgün edərək diyarlarından çıxaran Odur. Siz onların (diyarlarından) çıxacağını güman etmirdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını sandılar. Halbuki Allah onları gözləmədikləri yerdən gəlib qəlblərinə qorxu verdi. Evlərini öz əlləriylə möminlərin əlləriylə dağıdırdılar. Ey bəsirət sahibləri, artıq ibrət alın!
Ələsgər Musayev:
O Odur ki, xaric etdi o kəsləri ki, kafirdirlər əhli kitabdan, diyarlarından əvvəlinci toplanmada. Siz zənn etmirdiniz ki, onlar xaric olarlar. onlar zənn edirdilər ki, qalaları onları Allahdan müdafiə edər. Allah gəldi onlara oradan ki, onlar onu hesablamayıblar qəlblərində onların qorxu vəhşət oldu. Onlar evlərini öz əlləri ilə inananların əlləri ilə xaraba edirlər. Ay bəsirət sahibləri, ibrət alın!
A.Mehdiyev və D.Cəfərli:
Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın.
Kövsər Tağıyev:
O, kitab əhlindən inkar edənləri ilk toplu sürgündə yurdlarından çıxarandır. Siz onların çıxacaqlarını güman etməmişdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını zənn etmişdilər. Ancaq Allahın əmri onlara ummadıqları yerdən gəldi. O, ürəklərinə qorxu saldı. Belə ki, evlərini həm öz əlləri ilə, həm möminlərin əlləri ilə yıxırdılar. Ey bəsirət sahibləri, ibrət götürün!
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhlindən olan kafirləri ilk toplanış vaxtı öz diyarlarından çıxaran Odur. Siz onların çıxacağını zənn etməmişdiniz, onlar da elə zənn etmişdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allahın (əzabı) isə gözləmədikləri yerdən gəldi. Allah onların ürəklərinə qorxu saldı. Onlar evlərini öz əllərilə möminlərin əllərilə dağıdırlar. Ey bəsirət sahibləri, bir ibrət götürün!
Sabirə Dünyamalıyeva:
Allah, Kitab əhlindən Allahın məbud rəbb olduğuna inanmayan kəsləri, ilk toplanış üçün öz yurdlarından çıxarandır. Siz, onların çıxacaqlarını güman etmirdiniz. Onlar da, şübhəsiz, inanırdılar ki, qalaları onları Allahdan mütləq qoruyacaq, ancaq Allahın əzabı, onlara gözləmədiklər yerdən gəldi. Allah, onların qəlblərinə, evlərinin həm öz əlləriylə, həm möminlərin əlləriylə uçurulub dağıdılacağı qorxusunu saldı. Ey ağıl sahibləri! Artıq ibrət alın!