Əlixan Musayev:
Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın )ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.
Bünyadov-Məmmədəliyev:
(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.
Elmir Quliyev
:
Он — Тот, Кто отправил к неграмотным людям Посланника из их среды. Он читает им Его аяты, очищает их и обучает их Писанию и мудрости, хотя прежде они пребывали в очевидном заблуждении.
Ələddin Sultanov:
Ümmilərə (yazıb-oxumaq bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.
Kerbelayi Malik ağa:
Ümmilər arasından, özlərindən bir rəsul bəas edən (vəzifələndirən) Odur. Rəsul onlara Allahın ayələrini oxuyar, onların nəfslərini təmizləyər, onlara Kitabı və hikməti öyrədər. Daha əvvəl əlbəttə onlar açıq-aydın dəlalət içində idilər.
Ələsgər Musayev:
O – Odur ki, qaldırdı ümmilərdə rəsulu
onlardan, tilavat edir o üzərinə onların ayətini Onun və paklayır
onları və öyrədir onlara kitabı və hikməti və əgər olmuşdular
qabaqcadan zəlalətdə aşkar
A.Mehdiyev və D.Cəfərli:
Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.
Kövsər Tağıyev:
O, ümmilərə aralarından onlara ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərəndir. Halbuki onlar bundan əvvəl açıq-aşkar bir zəlalət içində idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Oxuyub yazmaq bilməyənlərə öz aralarından onlara Allahın ayələrini oxuyan, onları pak edən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odurl Halbuki, onlar əvvəl açıq-aşkar yol azmışdılar.
Sabirə Dünyamalıyeva:
Şəhərlilərə/Məkkəlilərə, özlərininin içindən [seçdiyi birini] onların özlərinə və hələlik onlara qoşulmayanlara [onlardan başqalarına] Allahın ayələrini oxuyan, onları pak edən, onlara kitabı [öyrədən] və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və düsturları öyrədən bir elçi [olaraq] göndərən Odur.