Talaq Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın Allah üçün şahidlik edin. Allaha Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər
Bünyadov-Məmmədəliyev:
Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.
Elmir Quliyev :
Когда для них наступит установленный срок, оставьте их у себя по-хорошему или же отпустите по-хорошему. Призовите свидетелями двух справедливых мужей из вас и будьте свидетелями ради Аллаха. Таково увещевание для тех, кто верует в Аллаха и в Последний день. Тому, кто боится Аллаха, Он создает выход из положения
Ələddin Sultanov:
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun Allah üçün şahidlik edin! İçinizdən Allaha axirət gününə iman gətirənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
Kerbelayi Malik ağa:
Beləcə onların gözləmə müddətləri tamamlandığı zaman artıq onları marufla (gözəl qayda ilə) saxlayın ya marufla onlardan ayrılın (gözəl qaydada sərbəst buraxın). Sizdən ədalət sahibi iki adam şahidlik etsin (şahid olsun). Şahidliyi Allah üçün edin. Allaha axirət gününə inanan kimsəyə verilən nəsihət budur. Kim Allaha qarşı təqva sahibi olsa, (Allah) ona bir çıxış yolu nəsib edər.
Ələsgər Musayev:
Onda ki, onlar öz təyin olunmuş vaxtlarına yetişdilər, onda saxlayın onları mərifətlə, ya ayrılın onlardan mərifətlə. Aranızda özünüzdən iki ədalətli şahid götürün qiyam edin şəhadətə Allah üçün. Bununla nəsihət edilir o kəsə ki, inanan oldu Allah ilə günü ilə axırın. Kim qorxarsa Allahdan, edər onun üçün xaric olmaq
A.Mehdiyev və D.Cəfərli:
(Təlaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, ya onları (evliliyə qayıtmaqla) yaxşılıqla (evlilik vəzifələrinə əməl etməklə) saxlayın, yaxud (iddə qurtardıqdan sonra) xoşluqla ( mehriyyəni vacib hüquqları ödəməklə) onlardan ayrılın. (Təlaq icra olunan zaman) özünüzdən (möminlərdən) olan iki adil kişini şahid tutun (siz ey şahidlər,) şəhadəti Allaha görə verin (saxtakarlıq etməyin). Bununla (bu əmrlərlə) Allaha axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.
Kövsər Tağıyev:
Boşanan qadınlar iddətlərinin sonuna çatdıqda onları ya yaxşılıqla saxlayın, yaxud onlardan yaxşılıqla ayrılın. Aranızdan iki ədalətli şahid tutun. Şahidliyi Allah üçün doğru-düzgün yerinə yetirin. Bax bununla Allaha axirət gününə inanan kimsələrə öyüd verilir. Kim Allaha qarşı gəlməkdən çəkinərsə, Allah ona bir çıxış yolu açar.
M.Qənioğlu və T.Bilaloğlu:
O qadınlar öz iddə vaxtlarına çatanda, ya onları xoşluqla saxlayın, ya da xoşluqla onlardan ayrılın. Aranızdan iki ədalətli adamı şahid edin şəhadəti Allah üçün edin. Allaha axirət gününə iman gətirənə belə nəsihət olunur. Kim Allahdan qorxarsa, O, onun üçün bir çıxış yolu qoyar.
Sabirə Dünyamalıyeva:
Artıq, müddətlərinin sonuna çatanda onları adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən bir şəkildə saxlayın, yaxud adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən bir şəkildə onlardan ayrılın. aranızdan ədalətli iki nəfəri şahid tutun. Şahidliyi Allah üçün edin. Bax bu, Allaha qiyamət gününə iman gətirən kəsə verilən öyüd-nəsihətlərdəndir. kim Allahın mühafizəsi altına daxil olsa, Allah ona bir çıxış yolu göstərər