Ənfal Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,
Bünyadov-Məmmədəliyev:
Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.
Elmir Quliyev :
Верующими являются только те, сердца которых испытывают страх при упоминании Аллаха, вера которых усиливается, когда им читают Его аяты, которые уповают на своего Господа,
Ələddin Sultanov:
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman ürəkləri titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar yalnız Rəbbinə təvəkkül edərlər.
Kerbelayi Malik ağa:
Gerçək möminlər onlardır ki, Allah zikr edildiyi zaman qəlbləri titrəyər (cəzbələnir). Onlara Allahın ayələri oxunduğu zaman onların imanlarını artırar Rəblərinə təvəkkül edərlər.
Ələsgər Musayev:
Həqiqətən, inananlar o kəslərdir ki, onda ki, yad edirlər Allahı, qəlbləri onların bərk çırpınır. Onda ki, Onun ayətləri onlara oxunur, imanlarını artırır onlar Rəblərinə təvəkkül edirlər -
A.Mehdiyev və D.Cəfərli:
Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar daim öz Rəbblərinə təvəkkül edərlər.
Kövsər Tağıyev:
Möminlər ancaq o kəslərdir ki, Allah adı gələndə qəlbləri ürpərər. Onun ayələri onlara oxunan zaman (bu) onların imanını artırar. Onlar yalnız Rəblərinə təvəkkül edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlər ancaq o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar onlar yalnız özlərinin Rəbbinə təvəkkül edərlər,
Sabirə Dünyamalıyeva:
Hiç şübhəsiz möminlər ancaq, Allah yad edildikdə qəlbləri ürpərən, Onun ayələri özlərinə oxunduğu zaman, iman baxımından güclənən [işlərin] nəticəsini yalnız Rəbbinə tapşıran,