Əlixan Musayev:
Şimşək az qalır ki, onların gözlərini çıxartsın. (Şimşək) (hər dəfə) onların (yolunu) işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
Elmir Quliyev
:
Молния готова отнять у них зрение. Когда она вспыхивает, они отправляются в путь, когда же опускается мрак, они останавливаются. Если бы Аллах пожелал, Он лишил бы их слуха и зрения. Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
Az qalır ki, ildırım onların gözlərini kor etsin. Şimşək onların yolunu işıqlandırdığı zaman yeriyər, qaranlıq çökdükdə isə dayanarlar. Əgər Allah istəsəydi, şübhəsiz ki, onların eşitmə və görmə qabiliyyətlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Şimşək az qala onların gözlərini qamaşdırır. Onları hər dəfə işıqlandırmasında onun işığında gedərlər. Onların üzərlərinə qaranlıq çöküncə də dayanıb durarlar. Əgər Allah diləsəydi, onların eşitmələrini və görmələrini əlbəttə, aradan qaldırardı. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Az qalır ki,
şimşək aparsın bəsirətlərini. Külli nə ki işıq saçır onlar üçün
gedirlər onda. Və onda ki zülmətdir üzərində onların dururlar
Və əgər istəsəydi Allah aparardı onların eşitmələrini və
bəsirətlərini. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görmə (qabiliyyət)lərini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Şimşək az qalır ki, onların gözlərinin işığını alsın. Hər dəfə onların önlərini işıqlandıranda işığında yeriyirlər. Elə ki, qaranlıq çökür, dayanıb qalırlar. Allah istəsəydi, onların eşitmə və görmə duyğularını əllərindən alardı. Şübhəsiz ki, Allah hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
İldırım az qala onların gözlərinin (işığını) aldı. (Şimşək) onlar üçün (yolu) işıqlandırdıqca onlar gedir, üzərlərinə zülmət çökdükcə isə dayanıb dururdular. Əgər Allah istəsəydi, onları eşitmə və görmədən məhrum edərdi. Axı Allah hər şeyə qadirdir !
Sabirə Dünyamalıyeva:
O şimşək az qaldın ki, gözlərini alsın. Şimşək önlərini işıqlandırdıqda, işıqda yeriyərlər, üstlərinə qaranlıq çökdükdə isə dayanıb durarlar. Allah istəsəydi, eşitmək və görmək qabiliyyətlərini də alardı. Şübhəsiz ki, Allah hər şeyə ən çox qadirdir.