Loğman Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Allahın göylərdə yerdə olanları sizə ram etdiyini, Özünün aşkar gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi vardır ki, heç bir biliyi, doğru yolu göstərəni nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir.
Bünyadov-Məmmədəliyev:
(Ey İnsanlar!) Məgər Allahın göylərdə yerdə olanları (günəşi, ayı, ulduzları buludları; meyvələri, bitkiləri, dənizləri, çayları gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) gizli (əql, şüur, fəhm, elm i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi vardır ki, bir elmi, bir doğru yol göstərən rəhbəri, bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər.
Elmir Quliyev :
Неужели вы не видите, что Аллах подчинил вам то, что на небесах, и то, что на земле, и одарил вас сполна Своими явными и незримыми благами? Но среди людей находится такой, который спорит об Аллахе, не имея ни знания, ни верного руководства, ни озаряющего Писания.
Ələddin Sultanov:
Allahın göylərdə yerdə varsa, hamısını sizə ram etdiyini, açıq gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi? İnsanlardan elələri var ki, elmi, doğru yol göstərən bir rəhbəri aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər.
Kerbelayi Malik ağa:
Göylərdə yerlərdəki hər şeyi Allahın sizin əmrinizə tabe etdiyini görmədinizmi? Sizin üzərinizdəki görünən görünməyən (açıq gizli) nemətlərini tamamladı. İnsanlardan bir qismi hələ elmi, bir hidayətçisi aydınladıcı bir kitabı olmadan Allah barəsində mübahisə edərlər.
Ələsgər Musayev:
Ə, görmürsünüzmü, Allah ram etdi sizin üçün ki, səmalarda ki, ərzdə var? yağdırdı sizin üzərinizə zahirdə batində olan nemətini. Insanlardan var elə kəslər ki, mücadilə edirlər Allah barəsində elmsiz hidayətsiz nurlu kitabsız.
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın göylərdə yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini Öz aşkar gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm s.) nemətlərini sizə bol geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) (vəhy ilham əsasında) düz yol göstərəni aşkar aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə mübahisə edir.
Kövsər Tağıyev:
Allahın göylərdə yerdə varsa hamısını sizin xidmətinizə verdiyini açıq yaxud gizli olaraq sizə olan nemətini tamamladığını görmədinizmi? Yenə insanlar arasında heç bir biliyi, yol göstərəni aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edənlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər siz Allahın göylərdə yerdə olan hər şeyi ixtiyarınıza verdiyini, sizə açıq gizli bol-bol nemətlər verdiyini görmürsünüz? İnsanlar arasında eləsi vardır ki, heç bir biliyi, yol göstəricisi yolu işıqlandıran kitabı olmadan Allah barəsində mübahisə edir.
Sabirə Dünyamalıyeva:
Allahın, göylərdə yer üzündə varsa, hamısını sizə tabe etdirdiyini/sizin istifadə edəcəyiniz quruluş sistemdə yaratdığını görmədinizmi? Allah, daxildə açıqda olmaqla nemətlərini sizin üstünüzə yaymışdır. İnsanlardan eləsi var ki, elmsiz, rəhbərsiz özünə aydınlıq gətirən bir kitabı olmadan Allah haqqında mübahisə edir.