Əhqaf Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünyada həyatınızda (bütün nemətləri görüb daddınız onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”
Elmir Quliyev :
В тот день, когда неверующих представят Огню, им скажут: "Вы растратили свои блага в своей мирской жизни и попользовались ими. Сегодня вашим воздаянием будут унизительные мучения за то, что вы превозносились на земле без всякого права, и за то, что вы были нечестивцами".
Ələddin Sultanov:
Kafirlər cəhənnəmin qarşısına gətirildikləri gün (onlara belə deyiləcək): “Dünya həyatınızda sahib olduğunuz nemətlərdən istifadə edib zövq aldınız. Ancaq yer üzündə haqsız yerə təkəbbürləndiyinizə haqq yoldan çıxdığınıza görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
Kerbelayi Malik ağa:
Kafirlər atəşin qarşısına gətirildikləri gün (onlara deyiləcəkdir): ‘Siz dünya həyatınızda gözəl şeylərinizi sərf edib qutardınız onlardan zövq aldınız. Artıq bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız, yer üzündə haqsız yerə təkəbbür göstərdiyiniz fasiqlik etmiş olduğunuz üçün.’
Ələsgər Musayev:
O gün o kəslər ki, kafirdirlər, cəhənnəmin odu üzərinə gətirilərlər. Siz dünya həyatınızda xoşluqlarınızı başa yetirdiniz onunla mətahlandınız. Bu gün zillət rüsvayçılıq əzabı ilə cəzalanırsınız, ilə ki, təkəbbürlük etdiniz ərzdə qeyri haqq ilə ki, oldunuz fasiqlər.
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər oda göstəriləcəkləri gün (onlara belə deyiləcəkdir): «Siz dünya həyatınızda (günahlara batmaqla) bütün kef ləzzətlərinizi aldınız, orada bəhrələndiniz. Odur ki, yer üzündə nahaq təkəbbür göstərdiyinizə görə itaətsizliyinizin cəzası olaraq bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız.»
Kövsər Tağıyev:
İnkar edənlər atəşə ərz olunduqları gün (onlara belə deyilər:) “Dünya həyatınızda nemətlərinizi tükətdiniz, onların səfasını sürdünüz. Bu gün isə yer üzündə haqsız yerə təkəbbür göstərməniz yoldan çıxmanız səbəbi ilə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər cəhənnəm odunun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir): "Siz öz dünya həyatınızda bütün xoş nemətlərinizi sərf edib qurtardınız onlardan ləzzət aldınız. Bu gün isə haqsız olaraq yer üzündə lovğalandığınıza pozğunluq törətdiyinizə görə sizə rüsvayedici əzab verilir."
Sabirə Dünyamalıyeva:
kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] atəş üzərinə yayılacaqları gün: "Siz müvəqqəti dünya həyatınızda bütün gözəl şeylərinizi xərclədiniz, onlardan faydalandıq, artıq yer üzündə nahaq yerə təkəbbür göstərməyiniz haqq yoldan çıxdığınız üçün bu gün alçaldıcı bir əzab ilə əvəz alacaqsınız!"