Əlixan Musayev:
Möminlər: “Kaş (cihada dair) bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlara daha yaxşı olardı ki,
Bünyadov-Məmmədəliyev:
Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -
Elmir Quliyev
:
Верующие говорят: "Почему не ниспослана сура о джихаде?" Когда же ясная сура, в которой упоминалось сражение, была ниспослана, ты увидел, что те, чьи сердца поражены недугом, смотрят на тебя взглядом потерявших сознание перед смертью. Для них предпочтительнее было бы
Ələddin Sultanov:
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlblərində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur!
Kerbelayi Malik ağa:
Amənu olanlar: ‘(Savaşı əmr edən) bir surə nazil olmalı deyilmi?’ deyərlər. Sonra da muhkəm (hökmü açıq və qəti) bir surə endirilincə və onda döyüş zikr olunursa (bəhs edilirsə), qəlblərində xəstəlik olanların üzərlərinə ölüm halı çökmüş kimi bir baxışla sənə baxdıqlarını görərsən. Halbuki onlar üçün ən yaxşı (ən uyğun) olan odur ki…
Ələsgər Musayev:
Deyirlər o kəslər ki, inandılar: «Əgər nazil olsaydı surə!»
Onda ki, nazil olur surə hikmətlə tərtib olunmuş və yad edilir
onda döyüş haqqında, sən görürsən o kəslər ki, qəlblərində
mərəz var, elə nəzərlə baxırlar sənə tərəf ki, elə bil ölüm
qorxusundan hiss etmələrini itiriblər. Yaxşı olardı onlar üçün
A.Mehdiyev və D.Cəfərli:
İman gətirmiş kəslər «nə üçün (cihad barəsində) bir surə nazil edilmədi?» deyirlər. Möhkəm (aydın və qeyri-mütəşabih) bir surə nazil ediləndə və onda müharibədən söz salınanda isə qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) olanları ölüm bihuşluğunun burüdüyü bir kəs kimi sənə baxan görərsən. Buna görə də vay onların halına!
Kövsər Tağıyev:
İman edənlər: “Kaş ki, bir surə endiriləydi!” – deyərlər. Ancaq hökmü açıq-aşkar olan bir surə endirilib, onda savaşdan bəhs olunduqda qəlblərində xəstəlik olanların ölüm qorxusundan bayılmış kimsənin baxması kimi sənə baxdıqlarını görərsən. O isə onlara çox yaxındır.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlər deyərlər: "(Cihad barəndə) bir surə nazil ediləydi!" Belə bir möhkəm [hökmü dəyişməz] surə nazil ediləndə və orada döyüşün adı çəkiləndə ürəklərində mərəz olanların ölüm anında gözləri axanların baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki,
Sabirə Dünyamalıyeva:
İman edən kəslər: "Kaş ki, bir surə nazil olaydı!" deyərlər. Amma qanunlarla təchiz edilmiş bir surə nazil edildikdə və içində döyüşdən bəhs edildikdə, qəlblərində xəstəlik olanların; düşüncəsi, imanı xarab olanların, ölüm qorxusuyla huşunu itirən kəslərin baxmağı kimi sənə baxdığını görərsən.