Əraf Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız”.
Bünyadov-Məmmədəliyev:
Şeytan (Adəmin Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
Elmir Quliyev :
Шайтан стал наущать их, чтобы обнажить их срамные места, которые были сокрыты от них. Он сказал им: "Ваш Господь запретил вам это дерево только для того, чтобы вы не стали ангелами или бессмертными".
Ələddin Sultanov:
Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini onlara göstərmək məqsədilə vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız”.
Kerbelayi Malik ağa:
Şeytan onların (o ikisinin) görünməsi ayıb olan özlərindən örtülmüş (gizli qalan) yerlərinin ortaya çıxarılması üçün onlara vəsvəsə verdi sonra da belə dedi: ‘Rəbbiniz (ikinizin Rəbbi) yalnız iki mələk olarsınız ya orada əbədi qalanlardan olarsınız deyə bu ağacı sizə qadağan etdi.’
Ələsgər Musayev:
Şeytan onların hər ikisinə vəs-vəsə etdi, örtülmüş ayıb yerlərinin aşkar olması üçün dedi: «Rəbbiniz sizi bu ağacdan ondan ötrü qadağan etdi ki, olmayasız iki mələk, ya həmişəlik qalanlardan».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir.»
Kövsər Tağıyev:
Şeytan onlara gizli qalan övrət yerlərini özlərinə göstərmək üçün onlara vəsvəsə verdi dedi ki: “Rəbbiniz sizə bu ağacı, ancaq, mələk olmayasınız ya da (cənnətdə) əbədi qalanlardan olmayasınız deyə qadağan etdi. (Elə isə qadağan olunmuş ağacın meyvəsindən yeyin ki, mələk olasınız, yaxud cənnətdə əbədi olaraq qalasınız)”.
M.Qənioğlu və T.Bilaloğlu:
Örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə şeytan onlara pıçıldayaraq dedi: "Rəbbiniz bu ağacı sizə qadağan etmişdir ki, mələk ya əbədiyaşarlardan olmayasınız".
Sabirə Dünyamalıyeva:
Belə ikən İblis, onların özlərinə gizli qalan çirkinliklərini özlərinə göstərmək üçün onlara vəsvəsə verdi. "Rəbbiniz, başqa bir səbəbə görə yox, ikiniz mələk/iradəsiz güc olasınız ya da əbədiyyən qalanlardan/inkişaf etməyən, dəyişməyən varlıqlar olasınız deyə sizə bu dolaşıq, mübahisə doğuran şeyi; mal-dövləti, paranı-pulu qadağan etdi/bunları sizə yasaq etdi" dedi.