Əlixan Musayev:
Sayı müəyyən olan gün-lərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində (ziyarətini) (tamamlayıb) geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. (Bu, )Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!
Elmir Quliyev
:
Поминайте Аллаха в считанные дни (в течение трех дней в долине Мина). Кто торопится и завершает обряд за два дня, тот не совершает греха. И кто задерживается, тот также не совершает греха. Это касается богобоязненных. Бойтесь же Аллаха и знайте, что к Нему вы будете собраны.
Ələddin Sultanov:
Sayı bəlli olan günlərdə (Minada) Allahı zikr edin! Kim iki gün ərzində (Minadan qayıtmağa) tələsərsə, ona heç bir günah yoxdur. Kim yubanarsa, ona da heç bir günah yoxdur. Bu, təqva sahiblərinə aiddir. Allahdan qorxun və bilin ki, siz Onun hüzurunda toplanacaqsınız.
Kerbelayi Malik ağa:
Sayı müəyyən olan günlərdə Allahı (təkbir ilə) zikr edin. Lakin kim iki gün içində (Minadan dönmək üçün) tələsərsə, bundan sonra onun üzərinə bir günah yoxdur. Kim də gecikərsə, o təqdirdə də onun üzərinə bir günah yoxdur. (Təbii bu) təqva sahibi olan kəslər üçündür. Allaha qarşı təqva sahibi olun. Sizin Allaha həşr olunacağınızı (hüzurunda toplanacağınızı) bilin!
Ələsgər Musayev:
Zikr edin Allahı günlərin müddətində Kim təcili edə iki
gündə, yoxdur günah üzərində onun. Kim gecikərsə, yoxdur
günah üzərində onun - kim üçün ki, təqvalıdır. Və qorxun
Allahdan və bilin ki, həqiqətən Onun tərəfinə toplanacaqsınız!
A.Mehdiyev və D.Cəfərli:
Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçinin (üçüncü günə qədər) gecikdirənə heç bir günah yoxdur. (Bu ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs üçündür. Allahdan qorxun və bilin ki, sizin hamınız (axirətdə) mütləq Onun hüzuruna toplanacaqsınız.
Kövsər Tağıyev:
Sayı bəlli olan günlərdə Allahı zikr edin (təlbiyə və təkbir gətirin). Kim iki gün içində tələsib (Minadan Məkkəyə) qayıdarsa, ona günah yoxdur. Kim qalarsa, ona da günah yoxdur. Bu, Allaha qarşı gəlməkdən çəkinənlər üçündür. Allaha qarşı gəlməkdən çəkinin və Onun hüzurunda toplanacağınızı bilin.
M.Qənioğlu və T.Bilaloğlu:
Sayı bilinən günlərdə Allahı zikr edin ! Allahdan qorxan üçün tələsib iki gün tez (qayıdarsa) heç bir günah sayılmaz, yubanarsa da, heç bir günahı olmaz. Allahdan qorxun və bilin ki, siz Onun hüzuruna toplanılacaqsınız.
Sabirə Dünyamalıyeva:
Kim iki gün içində tələssə, ona günah yoxdur. Kim təxirə salsa ona da günah yoxdur. Bu, Allahın mühafizəsi altına daxil olan kəslər üçündür. Allahın mühafizəsi altına daxil olun və şübhəsiz Onun hüzurunda toplanacağınızı bilin.