Əraf Surəsi 205. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səhər-axşam ürəyində yalvararaq qorxaraq, səsini qaldırmadan Rəbbini yad et qafillərdən olma.
Bünyadov-Məmmədəliyev:
Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et qafillərdən olma!
Elmir Quliyev :
Поминай Аллаха с покорностью и страхом про себя и не громко по утрам и перед закатом и не будь одним из беспечных невежд.
Ələddin Sultanov:
Allaha yalvararaq, Ondan qorxaraq daxilən astadan səhər-axşam Rəbbini zikr et qafillərdən olma!
Kerbelayi Malik ağa:
Səhər axşam vaxtlarında Rəbbini öz-özünə, qorxaraq yalvararaq, sözün səsli olmayanı ilə zikr et. qafillərdən olma.
Ələsgər Musayev:
Öz qəlbində müti qorxu halında, səsini ucaltmadan, hər səhər axşam Rəbbini yad et qafillərdən olma!
A.Mehdiyev və D.Cəfərli:
Səhərlər axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə səsini ucaltmadan Rəbbini yada sal qafillərdən olma.
Kövsər Tağıyev:
Təvazö ilə yalvararaq qorxaraq, səsini yüksəltmədən səhər-axşam öz-özünə Rəbbini zikr et qafillərdən olma.
M.Qənioğlu və T.Bilaloğlu:
Səhər-axşam yalvarışla, qorxu ilə, səsi qaldırmadan Rəbbini qəlbində yad et, qafillərdən olma!
Sabirə Dünyamalıyeva:
həmişə öz daxilində, qorxaraq acizanə, səsini qaldırmadan Rəbbini yad et qafillərdən olma!