Əlixan Musayev:
İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.
Bünyadov-Məmmədəliyev:
İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!
Elmir Quliyev
:
Когда Мы дали людям вкусить милость после того, как их постигло бедствие, они тотчас начали ухищряться против Наших знамений. Скажи: "Аллах быстрее в ухищрениях!" Воистину, Наши посланцы записывают ваши козни.
Ələddin Sultanov:
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”. (Bu ayə Məkkə əhalisi haqqında nazil olmuşdur. Rəvayət olunduğuna görə, Məkkəyə yeddi il yağış yağmadı. Quraqlığa görə qıtlıq və xəstəliklər baş verdi və bunun nəticəsində bir çox insan və heyvan məhv oldu. Nəhayət, Allah-Təala ora bol yağış yağdırdı və Məkkə təkrar bolluq və bərəkətə qovuşdu. Ancaq kafirlər bu rəhmətin Allahdan deyil, ulduzlardan və bütlərdən gəldiyinə inanaraq haqqı yalanlamağa davam etdilər.)
Kerbelayi Malik ağa:
Onlara bir sıxıntı, bir darlıq üz verdikdən sonra insanlara bir rəhmət daddırdığımız zaman onların ayələrimiz haqqında hiylələri olarsa, de ki: ‘Allah hiylə qurmaqda daha sürətlidir.’ Şübhəsiz ki, rəsullarımız (mələk rəsullar) qurduğunuz hiylələri yazırlar.
Ələsgər Musayev:
Onda ki, Biz insanlara zərər toxunandan sonra rəhmət
dadızdıraq, onda Bizim ayətimizdə məkr edərlər. De: «Allah
sürətlidir məkrə qarşı». Həqiqətən, rəsullarımız yazırlar nə ki,
məkr edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
İnsanlara onlara yetişmiş çətinlik və əziyyətdən sonra bir mərhəmət və rahatlıq dadızdırdığımız (cahiliyyət dövrünün nadanlıq və fəqirliyindən sonra İslam elm və rifahı verdiyimiz) zaman birdən Bizim ayələrimiz barəsində hiyləyə başlayırlar (onları sehr, şer və əfsanə adlandırırlar). De: «Allahın məkri daha tez yetişəndir». Həqiqətən Bizim elçilərimiz etdiyiniz məkrləri yazırlar.
Kövsər Tağıyev:
Başlarına gələn bir müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq və xoşbəxtlik) daddırdığımız zaman bir də görərsən ki, ayələrimiz haqqında onların bir hiylələri (bəzi fəndləri və əsassız iddiaları) var. De ki: “Allah tədbir görməkdə daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz insanlara bəla toxunduqdan sonra mərhəmət daddırarıqsa, onlar dərhal ayələrimiz barəsində bir hiylə qurarlar. De: "Allah daha tez tədbir görəndir!" Axı Bizim elçilər sizin işlətdiyiniz hiylələri yazırlar.
Sabirə Dünyamalıyeva:
Və başına gələn bir müsibətdən sonra insanlara bir mərhəmət daddırsaq, ayələrimiz/nişanələrimiz/işarətlərimiz haqqında onların bir planı var. De ki: "Plan baxımından Allah daha çevikdir." Şübhəsiz ki, elçilərimiz planladığınız şeyləri yazırlar.