İbrahim Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Axirət günü) hamı Allahın hüzuruna çıxarılacaq zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz sizə doğru yolu göstərərdik. (İndi) qəm çəksək də, səbr etsək bizim üçün eynidir. (Çünki) bizim üçün qurtuluş yeri yoxdur”.
Bünyadov-Məmmədəliyev:
(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz sizə göstərərdik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!
Elmir Quliyev :
Все окажутся перед Аллахом, и тогда слабые скажут тем, которые превозносились: "Воистину, мы следовали за вами. Можете ли вы хоть отчасти избавить нас от наказания Аллаха?" Они скажут: "Если бы Аллах наставил нас на прямой путь, то мы указали бы вам на него. Но теперь нам все равно: будем ли мы горевать или будем терпеть нам негде укрыться".
Ələddin Sultanov:
Onların hamısı (axirətdə) Allahın hüzuruna çıxacaq zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz Allahın əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz sizə doğru yolu göstərərdik. (İndi) ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur”.
Kerbelayi Malik ağa:
Hamısı Allahın hüzuruna çıxdılar. Zəif olanlar təkəbbür göstərənlərə belə dedilər: ‘Şübhəsiz ki, biz sizə tabe olduq. İndi siz Allahın əzabından bir şeyi bizdən dəf edə bilərsinizmi?’ Onlar: ‘Əgər Allah, bizi hidayətə ərdirsəydi əlbəttə biz sizi hidayətə ərdirərdik. Səbir etsək də, səbir etməsək bizim üçün eynidir. Bizim üçün qaçış yeri yoxdur.’ dedilər.
Ələsgər Musayev:
Cəmiyyən qalxaraq Allah qarşısında durarlar. Deyərlər zəiflər o kəslərə ki, təkəbbürlü idilər: «Həqiqətən, biz sizə tabe olduq. İndi siz Allahın əzabından bizə bir şeydən nicat verəcəksinizmi?» Deyərlər: «Əgər Allah bizi hidayət etsəydi, biz sizi hidayət edərdik. İndi bizim üçün bərabərdir, qədər nalə edək, ya səbr edək, bizim üçün qaçacaq yol yoxdur!
A.Mehdiyev və D.Cəfərli:
(Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə səbr edək, birdir, bizə heç bir çıxış yolu yoxdur.»
Kövsər Tağıyev:
İnsanların hamısı Allahın hüzuruna çıxacaq zəiflər təkəbbür göstərənlərə deyəcəklər ki: “Şübhəsiz, biz sizə uymuşduq. İndi siz bizi Allahın əzabından az da olsa qoruya biləcəksinizmi? Onlar isə: “Əgər Allah bizi doğru yola yönəltsəydi, bizdə sizi doğru yola yönəldərdik. İndi ağlayıb-sızlasaq da, səbir etsək bizim üçün birdir. Artıq bizim üçün bir qurtuluş yoxdur”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Kafirlərin) hamısı Allahın hüzurunda duracaqlar zəiflər təkəbbür göstərənlərə [öz başçılarına] deyəcəklər: "Biz sizin ardınızca getdik. (İndi) Allahın verəcəyi əzabı üzərimizdən azacıq da olsa götürə biləcəksinizmi?" Onlar isə deyərlər: "Əgər Allah bizə doğru bir yol göstərmiş olsaydı, biz sizə düz yol göstərərdik. Bizim üçün birdir, dözə bilsək də, bilməsək heç bir çıxış yolumuz yoxdur".
Sabirə Dünyamalıyeva:
Onlar hamılıqla Allah üçün ortaya çıxdılar. Sonra da zəif olan kəslər, təkəbbürlü kəslərə: "Şübhəsiz ki, bizlər, sizlərə tabe olan kəslər idik. Yaxşı, indi siz, Allahın əzabından bir şeyi bizdən dəf edərsinizmi?" dedilər. Təkəbbür göstərənlər deyəcəklər: "Allah bizə bələdçi olsaydı, biz həqiqətən sizə bələdçi olardıq. Bizlər ağlayıb-sızlasaq ya da səbr etsək bizim üçün fərqi yoxdur. Bizim üçün qaçacaq bir yer yoxdur" dedilər.