Əlixan Musayev:
Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından dünyada) onların birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!
Elmir Quliyev
:
Посмотри, как одним из них Мы отдали предпочтение перед другими. Но Последняя жизнь, несомненно, выше по достоинству и преимуществу.
Ələddin Sultanov:
Onların bir qismini digərlərindən necə üstün tutduğumuza bax! Şübhəsiz ki, axirət dərəcə və üstünlük cəhətdən daha böyükdür.
Kerbelayi Malik ağa:
Bax gör, necə onların bir qismini digər qisminə üstün etdik. Şübhəsiz ki, axirət dərəcələr və üstünlük baxımından daha böyükdür.
Ələsgər Musayev:
Nəzər sal necə onların
bəzilərini bəzilərindən fəzilətli etdik və axirət isə dərəcə
etibarilə böyükdür və fəzilət etibarilə böyükdür.
A.Mehdiyev və D.Cəfərli:
Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür.
Kövsər Tağıyev:
Bax gör, onların bəzisini bəzisindən necə üstün tutduq. Əlbəttə, axirətdəki dərəcələr daha böyükdür, üstünlüklər daha böyükdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Gör Biz (insanların) birinə digərindən necə üstünlük verdik. Axirətin isə dərəcələri daha böyük və üstünlüyü daha artıqdır.
Sabirə Dünyamalıyeva:
Onların bir qisimini bir qismindən necə üstün etdiyimizə bir bax! Əlbəttə axirət, dərəcə baxımından daha üstündür, çoxluq baxımından da daha böyükdür.