Kəhf Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri): “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
(İnsanları–Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) vədinin doğru olduğunu qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı möminlər kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini nəyə etiqad etdiyini) daha yaxşı bilir!” Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: “Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” dedilər.
Elmir Quliyev :
Так Мы дали знать о них людям для того, чтобы они узнали, что обещание Аллаха есть истина и что в Часе невозможно усомниться. Но вот они стали спорить о них и сказали: "Воздвигните над ними строение. Их Господу лучше знать о них". А те, которые отстояли свое мнение, сказали: "Мы непременно воздвигнем над ними мечеть".
Ələddin Sultanov:
Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.
Kerbelayi Malik ağa:
Beləcə ‘Allahın vədinin haqq olduğunu o saat (qiyamət) haqqında şübhə olmadığını’ bilsinlər deyə onları (şəhər əhalisinə) bildirdik. Aralarında onların vəziyyəti haqqında mübahisə edirdilər. ‘Onların üzərində bina tikin.’ dedilər. Onların Rəbbi onları ən yaxşı bilir. Onların işlərində qalib olanlar (sözü keçənlər): ‘Onların üzərində mütləq məscid tikəcəyik.’ dedilər.
Ələsgər Musayev:
Beləliklə Biz əsər etdik onlara ki, bilsinlər: həqiqətən, Allahın vədi haqdır həqiqətən, saat ki, yoxdur onda şübhə. Onda onların işlərində öz aralarında ayrılığa düşərək dedilər: «Onların üzərində bir bina tikin. Rəbbi onların haqqında yaxşı bilir!» Dedilər o kəslər ki, onların işləri üzərində qalib idilər: «Gərək onların üzərində bir səcdə yeri bina edək!»
A.Mehdiyev və D.Cəfərli:
beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
Kövsər Tağıyev:
Beləliklə, biz (insanları) onların hallarından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunda qiyamətin baş verəcəyində heç bir şübhə olmadığını bilsinlər. Onlar (bu hadisənin möcüzəvi tərəfini əsl hikmətini bir tərəfə qoyub) öz aralarında onların halını müzakirə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina inşa edin, Rəbləri onların halını daha yaxşı bilir”, dedilər. Müzakirədə sözü üstün olanlar isə: “Onların üstündə mütləq bir məscid tikəcəyik”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları [insanları] beləcə agah etdik ki, həqiqətən, Allahın vədinin haqq olduğunu qiyamət günü barəsində heç bir şəkk-şübhə olmadığını bilsinlər. O zaman onlar [möminlər kafirlər] arasında mağara əhli haqqında mübahisə düşdü. (Mağara əhli öldükdən sonra kafirlər) dedilər. "Onların üstündə bir bina tikin. Özlərinin Rəbbi onları daha yaxşı tanıyır." (Mübahisədə üstün gələnlər [möminlər] isə dedilər: "Onların üstündə mütləq bir məscid quracağıq."
Sabirə Dünyamalıyeva:
Beləliklə, Allahın vədinin haqq olduğunu qiyamət gününə heç bir şübhə olmadığını bilmələri üçün, onlara xəbərdarlıq [vasitəsi] etdik. O zaman onlar aralarında işləri haqqında mübahisə edirdilər. Dedilər ki: "Üstlərində sadə bir bina tikin. Rəbbi onları daha yaxşı bilər." Onların işləri barədə qalib gələnlər: "Üstlərində həqiqətən bir məscid [inandırma yeri/axirətin varlığını isbat edəcək məktəblər] tikəcəyik" dedilər.