Səba Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.
Bünyadov-Məmmədəliyev:
Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Möminlərin kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər).
Elmir Quliyev :
У него не было над ними никакой власти (или не было для них никакого доказательства). Но он искушал людей, чтобы Мы узнали и отличили того, кто верует в Последнюю жизнь, от того, кто сомневается в ней. Господь твой Хранитель всякой вещи.
Ələddin Sultanov:
Halbuki (İblisin) onlar üzərində heç bir hakimiyyəti yox idi. Lakin axirətə inananla ona şübhə edəni ayırd etmək üçün (İblisə bu fürsəti verdik). Sənin Rəbbin hər şeyə nəzarət edəndir.
Kerbelayi Malik ağa:
İblisin onlar üzərində bir sultanlığı (hökmranlığı, təsiri) yox idi. Axirətə inanan kimsə ilə ondan şübhə içində olanları bilməyimiz üçün (iblislə onları imtahan etdik). Sənin Rəbbin hər şeyi mühafizə edəndir.
Ələsgər Musayev:
Olmadı onun üçün onlar üzərində sultanlıq, ancaq ki, Bizim məlum etməmiz üçün axirətə inanan kəsi, ona şəkk edən kəsdən sənin Rəbbin üzərində külli şeyin Hafizdir!
A.Mehdiyev və D.Cəfərli:
əsla onun (İblisin) onların üzərində heç bir hökmranlığı yox idi (onları zorla məcbur etmirdi). Yalnız (vəsvəsə dəvət edirdi ki,) axirətə iman gətirən kəsi, ona şəkk-şübhə edəndən ayırmaq (seçmək) barəsində Bizim əzəli elmimiz həyata keçsin (və kimin imanlı kimin şəkk içində olduğu məlum olsun). Sənin Rəbbin hər bir şeyi hifz edəndir.
Kövsər Tağıyev:
Halbuki şeytanın onlar üzərində heç bir hakimiyyəti yox idi. Ancaq biz axirətə inananları onun barəsində şübhədə olanlardan ayırd edək deyə (ona bu fürsəti verdik). Sənin Rəbbin hər şey üzərində həqiqi bir qoruyucudur.
M.Qənioğlu və T.Bilaloğlu:
Halbuki iblisin onlar üzərində heç bir hökmü yox idi. (Bunu) ancaq ona görə etdik ki, Biz axirətə inananlar ilə onun barəsində şəkdə olanları ayıra bilək. Sənin Rəbbin hər şeyi hifz edəndir.
Sabirə Dünyamalıyeva:
Halbuki İblisin onların üzərində heç bir gücü yox idi. Lakin Biz axirətə imanı olanı, onun haqqında kifayət qədər məlumatı olmayandan ayıracaqdıq; onları işarələyib bildirəcəkdik. sənin Rəbbin hər şeyi yaxşıca qoruyandır.