Əlixan Musayev:
Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir.
Bünyadov-Məmmədəliyev:
Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir.
Elmir Quliyev
:
И каждая душа явится вместе с погонщиком и свидетелем.
Ələddin Sultanov:
Hər kəs onu sürükləyib gətirənlə və bir şahidlə gələcəkdir.
Kerbelayi Malik ağa:
Bütün nəfslər bərabərində bir saik və bir şahid (mələk) ilə gəlir.
Ələsgər Musayev:
Gəldi külli nəfs, onunla qovan və şahid.
A.Mehdiyev və D.Cəfərli:
(Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir.
Kövsər Tağıyev:
Hər bir kəs yanında bir sövq edən, bir də şahidlik edən (mələk) ilə gələr.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər kəs (məhşərə) onu sürükləyən (mələklə) və bir şahidlə gələcəkdir.
Sabirə Dünyamalıyeva:
- Və hər kəs, yanında, onu sürüb gətirən biriylə və bir şahidlə birlikdə gələcək.