Bəqərə Surəsi 211. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İsrail oğullarından soruş ki, Biz onlara qədər aydın dəlillər göndərdik. Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Allah şiddətli cəza verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İsrail övladından xəbər al ki, Biz onlara (Musa peyğəmbər vasitəsilə) qədər açıq dəlillər göndərdik! Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!
Elmir Quliyev :
Спроси сынов Исраила (Израиля), сколько ясных знамений Мы ниспослали им. Если кто променяет милость Аллаха после того, как она явилась к нему, то ведь Аллах суров в наказании.
Ələddin Sultanov:
İsrail oğullarından soruş ki, Biz onlara qədər açıq dəlillər göndərdik. Allahın neməti gəldikdən sonra kim onu dəyişdirərsə, bilsin ki, Allahın əzabı şiddətlidir.
Kerbelayi Malik ağa:
Onlara qədər açıq-aydın ayələr (dəlillər, möcüzələr) verdiyimizi İsrail oğullarından soruş. Kim özünə (açıq-aydın ayələr) gəldikdən sonra Allahın nemətini dəyişdirsə, o təqdirdə şübhəsiz ki, Allah cəzası şiddətli olandır.
Ələsgər Musayev:
Sual et Israil oğullarından: qədər əta etdik onlara ayətdən bəyanat? Kim dəyişərsə nemətini Allahın, ki, ona gəldikdən sonra həqiqətənAllah şiddətlidir intiqama!
A.Mehdiyev və D.Cəfərli:
İsrail övladlarından onlara qədər aşkar dəlil verdiyimizi soruş. (Onlara əsa, düm əl, dənizin yarılması, bir növ ağac şirəsindən hazırlanmış yemək bildirçin Tövrat kimi nemət rəhmət vasitəsi verildi, lakin onlar öz naşükürlükləri ilə həmin nemətlərin hamısını əzab amillərinə çevirdilər)! Kim Allahın neməti ona çatdıqdan sonra həmin neməti dəyişdirsə, onda (bilsin ki,) Allah çox ağır cəzalandırandır.
Kövsər Tağıyev:
İsrail oğullarından soruş; biz onlara neçə-neçə açıq-aşkar möcüzələr verdik. Allahın nemətinə nail olduqdan sonra kim onu dəyişdirərsə, (bilsin ki,) şübhəsiz ki, Allah cəzalandırması çox şiddətli olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
İsrail övladlarından xəbər al, gör Biz onlara qədər aydın dəlillər göndərdik. Allahın neməti özünə gəlib çatandan sonra onu dəyişdirənə Allah şübhəsiz ki, şiddətli cəza verəcəkdir.
Sabirə Dünyamalıyeva:
İsrail oğullarından, Bizim onlara qədər açıq-aşkar işarət/nişanə göndərdiyimizi soruş. Kim Allahın nemətini özünə gəlib [çatdıqdan] sonra dəyişdirsə, şübhəsiz ki, Allahın əzabı çox şiddətlidir.