Əlixan Musayev:
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!
Elmir Quliyev
:
Или вы полагали, что войдете в Рай, не испытав того, что постигло ваших предшественников? Их поражали нищета и болезни. Они переживали такие потрясения, что Посланник и уверовавшие вместе с ним говорили: "Когда же придет помощь Аллаха?" Воистину, помощь Аллаха близка.
Ələddin Sultanov:
Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və onunla birlikdə iman gətirənlər: “Allahın köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!
Kerbelayi Malik ağa:
Yoxsa siz özünüzdən əvvəl yaşayanların başına gələnlərin sizin də başınıza gəlmədikcə, cənnətə girəcəyinizimi zənn etdiniz? Onlara elə şiddətli bəla və sıxıntılar (fəlakətlər) gəldi ki, rəsul və onun yanındakı amənu olanlar: ‘Allahın yardımı nə vaxt (gələcək)?’ deyəcək qədər sarsıldılar. Allahın yardımı həqiqətən yaxın deyilmi?
Ələsgər Musayev:
Yoxsa hesab etdiniz ki, daxil olacaqsınız
cənnətə və nə ki, gəlməyib sizə məsəli o kəslərin ki sizdən
qabaq var idilər? Toxunmuşdu onlara pislik və zərər və
zəlzələ, ta deyirdi rəsul və o kəslər ki inanırlar onunla: «Nə
vaxtdır yardımı Allahın?» Ə, məgər yoxmu? Həqiqətən
yardımı Allahın yaxındır!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır».
Kövsər Tağıyev:
Yoxsa siz sizdən əvvəlkilərin başına gələnlər sizin də başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız? Peyğəmbər və onunla birlikdə olan möminlər: “Allahın yardımı nə zaman (gələcək)?” – deyəcək qədər sıxıntı və çətinliyə uğramış və sarsılmışdılar. Yaxşı bilin ki, Allahın yardımı çox yaxındır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa siz elə hesab edirsiniz ki, sizdən əvvəlkilərə üz verənlər başınıza gəlmədən siz cənnətə daxil olacaqsınız ? Onlara elə sıxıntı, bəla üz verdi və onlar elə sarsıldılar ki, hətta peyğəmbər və onunla bərabər iman gətirənlər də: "Bəs Allahın köməyi nə vaxt gələcək ?" dedilər. Məgər Allahın köməyi yaxın deyildir ?
Sabirə Dünyamalıyeva:
Yoxsa siz, özünüzdən əvvəl keçib gedənlərin başına gələnlər sizə gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara yoxsulluqlar, çətinliklər üz verdi və onlar sarsıldılar, hətta elçi və onunla birlikdə iman gətirənlər də: "Allahın köməyi nə vaxt [gələcək]?" deyirdilər. -Diqqətli olun! Həqiqətən, Allahın köməyi çox yaxındadır.-