Rəd Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli aşkar xərcləyir pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu
Bünyadov-Məmmədəliyev:
o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) məhz onları (gözəl) axirət yurdu -
Elmir Quliyev :
которые проявляют терпение, стремясь к Лику своего Господа, совершают намаз, расходуют тайно и открыто из того, чем Мы их наделили, и добром отталкивают зло. Им уготована Последняя обитель
Ələddin Sultanov:
Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli aşkar (Allah yolunda) xərcləyər pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır.
Kerbelayi Malik ağa:
Onlar səbirlə Rəblərinin Vəchini (Allahın Zatını görməyi) diləyənlər namazı qılanlar, onlara ruzi verdiyimiz şeylərdən gizli açıqca infaq edənlərdir. Seyyiatı (pisliyi) həsənat ilə (yaxşılıqla) dəf edən kimsələrdir. Onlar üçün bu dünyanın (gözəl bir) aqibəti vardır.
Ələsgər Musayev:
O kəslər ki, Rəblərinin vəchinə çatmaq üçün səbr edirlər ayağa qalxırlar islahata nədən ki, onları ruziləndirmişik, infaq edirlər sirli elanlı pisliyin qarşısını yaxşılıqla alırlar. Həmin onlar üçündür aqibət evi
A.Mehdiyev və D.Cəfərli:
o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə öz vəzifələrini yerinə yetirməkdə) səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində aşkarda Allah yolunda xərclədilər özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.
Kövsər Tağıyev:
Onlar Rəblərinin razılığına nail olmaq üçün səbir edən, namazı doğru-düzgün qılan, özlərinə verdiyimiz ruzidən gizli ya açıq, Allah üçün xərcləyən pisliyi yaxşılıqla aradan qaldıranlardır. Bunlar üçün dünya yurdunun gözəl bir sonluğu var.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər ki, onlar öz Rəbbinə tərəf can ataraq səbr edir, namaz qılır, Bizim onlara verdiyimiz ruzidən gizli aşkar sərf edirlər pisliyi yaxşılıqla dəf edirlər. Onların son mənzili
Sabirə Dünyamalıyeva:
Rəbbinin razılığını qazanmaq arzusuyla səbr etmiş, səlatı yerinə yetirmiş [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirmiş, qorumuş], verdiyimiz ruzilərdən gizlində açıqda Allah yolunda xərcləmiş çirkinlikləri gözəlliklərlə aradan qaldıran kəslər öyüd alıb düşünürlər. Bax onlar [ki var], bu yurdun aqibəti;