Hicr Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. (Belə olmasaydı,) siz onu yığıb saxlaya bilməzdiniz.
Bünyadov-Məmmədəliyev:
Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə yağdırar).
Elmir Quliyev :
Мы послали ветры, оплодотворяющие облака водой, а потом низвели с неба воду и напоили вас ею, но не вам ее сберегать.
Ələddin Sultanov:
Küləkləri dölləndirici olaraq göndərdik göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik. Halbuki (Biz bunu etməsəydik, ehtiyat üçün) siz onu yığıb saxlaya bilməzdiniz! (Yuxarıdakı ayədə küləklərin dölləndirici olaraq göndərildiyi ifadə edilməkdədir. Bu gün elmi tədqiqatlar yağışın yağmasında küləyin böyük rol oynadığını, eyni zamanda külək əsərkən bitkilərdə onun vasitəsilə tozlanma getdiyini isbat etmişdir.)
Kerbelayi Malik ağa:
Biz küləkləri (yağış) yüklü olaraq göndərdik. Beləcə səmadan su endirdik sizə onunla su verdik. Suyun xəzinələrini (torpaqaltı torpaqüstü su qaynaqlarını) meydana gətirən siz deyilsiniz.
Ələsgər Musayev:
Göndərdik küləkləri məhsul yetişdirən nazil etdik səmadan su suvardıq sizi onunla siz onu yığıb saxlayan deyilsiniz.
A.Mehdiyev və D.Cəfərli:
küləkləri (buludlar, ağaclar otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar dolu şəklində) su nazil etdik sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz buna qüdrətiniz yoxdur.
Kövsər Tağıyev:
Küləkləri tozlandırıcı olaraq göndərib yuxarıdan su endirərək sizi onunla suladıq. Onu yığıb saxlayan da siz deyilsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz küləkləri (buludlar üçün) mayalandırıcı (bitkilər üçün) tozlandırıcı olaraq göndərdik. Səmadan su endirdik ondan sizə su verdik. Siz isə onu yığıb saxlaya bilməzsiniz.
Sabirə Dünyamalıyeva:
Biz küləkləri tozlandıran olaraq göndərdik, göydən su endirib sizi onunla suladıq. Suyu xəzinələrdə tutanlar/yığıb saxlayanlar da siz deyilsiniz.