Loğman Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.
Bünyadov-Məmmədəliyev:
Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qurandan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)
Elmir Quliyev :
Кто подчинил свой лик Аллаху, будучи творящим добро, тот ухватился за надежную рукоять, а решение всех дел за Аллахом.
Ələddin Sultanov:
Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar.
Kerbelayi Malik ağa:
Kim muhsin olaraq vəchini Allaha təslim etsə, o təqdirdə ürvətül vüsqadan (möhkəm qulpdan) tutmuş olar. İşlərin aqibəti Allaha (yönəlir).
Ələsgər Musayev:
Kim təslim etdi vəchini Allaha o, yaxşılıq edəndir, fəqət möhkəm bir yerdən yapışıb ki, onun üçün qopmaq yoxdur Allaha tərəfdir aqibəti əmrlərin.
A.Mehdiyev və D.Cəfərli:
kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir.(İnsanın əməlləri mükafat cəza baxımından Allahın dərgahına qayıdar.)
Kövsər Tağıyev:
Kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, şübhəsiz, ən sağlam qulpdan tutmuş olar. İşlərin sonu ancaq Allaha gedib çıxır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim xeyir işlər görüb Allaha üz tutarsa, o, ən möhkəm bağdan yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdar.
Sabirə Dünyamalıyeva:
hər kim gözəl-yaxşı əməl işləyərək özünü Allaha təslim edərsə, bax o, həqiqətən ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin aqibəti Allaha aiddir.