Casiyə Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah göyləri yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Allah göyləri yeri haqq-ədalətlə hər kəsin qazandığı isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən öz pisliyi müqabilində cəzalandırılacaqdır).
Elmir Quliyev :
Аллах сотворил небеса и землю ради истины и для того, чтобы каждая душа получила воздаяние за то, что она приобрела, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
Hər kəs qazandığının əvəzini haqsızlığa məruz qalmadan ala bilsin deyə Allah göyləri yeri haqqa aparan bir vasitə olaraq yaratmışdır.
Kerbelayi Malik ağa:
Allah göyləri yeri haqq ilə yaratdı. Bütün nəfslərə qazandıqlarının qarşılığı (cəza ya mükafat) verilsin deyə. Onlara zülm edilməz.
Ələsgər Musayev:
Xəlq etdi Allah səmaları ərzi haqq ilə cəzalandırması üçün külli nəfsi ilə ki, kəsb edib onlara zülm olunmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
Allah göyləri yeri haqq (düzgün) olaraq (uca ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı (ki, hər bir istedad sahibi özünün layiqli kamalına çatsın) hər bir nəfs qazandığının müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm edilməyəcək haqları kəsilməyəcəkdir.
Kövsər Tağıyev:
Allah göyləri yeri haqq hikmətə uyğun olaraq hər kəsə qazandığının qarşılığı verilsin deyə yaratmışdır. Onlara zülm edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah göyləri yeri yerli-yerində yaratmışdır ki, hər kəs öz qazandığının əvəzini alsın onlara zülm edilməsin.
Sabirə Dünyamalıyeva:
Allah göyləri yer üzünü haqq ilə hər kəsə etdiyinin əvəzini vermək məqsədi ilə əmələ gətirdi. onlara haqsızlıq edilməz.