Əlixan Musayev:
Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!”
Bünyadov-Məmmədəliyev:
Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir görək!” – deyə cavab vermişdilər.
Elmir Quliyev
:
Они сказали: "Неужели ты пришел для того, чтобы отвратить нас от наших богов? Яви же нам то, чем ты нам угрожаешь, если ты — один из тех, кто говорит правду".
Ələddin Sultanov:
Onlar: “Sən bizi ilahlarımızdan döndərmək üçün gəlmisən? Əgər doğru deyirsənsə, bizə vəd etdiyini (əzabı) gətir!” - dedilər.
Kerbelayi Malik ağa:
‘Sən bizi ilahlarımızdan döndərmək üçünmü bizə gəldin? Əgər sən doğru söyləyənlərdənsənsə, o zaman bizə vəd etdiyin əzabı gətir.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ə, gəlmisən bizə ondan ötrü ki, yalanla döndərəsən
bizi öz ilahilərimizdən? Gətir bizə nə ilə ki, vəd verirsən bizə,
əgər oldun sadiqlərdən!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Bizi öz məbudlarımızdan döndərməyə gəlmisən? Belə isə əgər doğruçulardansansa bizə vəd etdiyini (gözlənilməz və kütləvi əzabı) gətir!»
Kövsər Tağıyev:
Onlar isə: “Sən bizi ilahlarımızdan uzaqlaşdırmaq üçün gəlmisən? Doğru danışanlardansansa, bizi qorxutduğun şeyi başımıza gətir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar demişdilər: "Sən bizim yanımıza gəlmisən ki, bizi yalanla öz tanrılarımızdan döndərəsən? Əgər düz danışansansa, vəd etdiyini bizə gətir."
Sabirə Dünyamalıyeva:
Onlar: "Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, haydı, o bizi təhdid etdiyin əzabı dərhal gətir" dedilər.