Maidə Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey Musa! Orada, həqiqətən də, nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.
Elmir Quliyev :
Они сказали: Муса (Моисей)! Там обитают могучие люди, и мы не войдем туда, пока они не уйдут оттуда. Если же они уйдут оттуда, то мы войдем".
Ələddin Sultanov:
Onlar isə demişdilər: “Ey Musa! Həqiqətən, orada zorba adamlar var. Onlar oradan çıxmayınca biz ora daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.
Kerbelayi Malik ağa:
Dedilər ki, ‘Ey Musa! Həqiqətən orada qüvvətli bir qövm var. Biz onlar oradan çıxana qədər əsla, oraya daxil olmarıq. Əgər oradan çıxarlarsa, o zaman əlbəttə biz oraya daxil olarıq.’
Ələsgər Musayev:
Dedilər: «Ay Musa! Həqiqətən, orada qoum var cabbar həqiqətən, biz ora daxil olmarıq, ta xaric olamayınca oradan. Əgər xaric olsalar oradan, həqiqətən, biz, daxil olarıq».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Musa, həqiqətən orada qüdrətli zalım bir dəstə var onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq».
Kövsər Tağıyev:
Dedilər ki: “Ey Musa! O (dediyin) torpaqlarda çox güclü, zorba bir millət var. Onlar oradan çıxmadıqca biz oraya əsla girə bilmərik. Əgər oradan çıxsalar, biz girərik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər. “Ey Musa! Orada güclü, əzazil adamlar vardır onlar oradan çıxmayınca, biz oraya daxil olmarıq. Əgər onlar oradan çıxsalar, onda biz daxil olarıq.”
Sabirə Dünyamalıyeva:
Onlar: "Ey Musa! Şübhəsiz ki, orada zorakılıq edən bir qövm var. Onlar oradan çıxmayınca, biz qətiyyən ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, şübhəsiz, biz girərik" dedilər.