Qaf Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
Bünyadov-Məmmədəliyev:
(Ona belə deyiləcəkdir: ) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”
Elmir Quliyev :
Ты был беспечен к этому, но Мы сорвали с тебя твое покрывало, и острым является сегодня твой взор.
Ələddin Sultanov:
Həqiqətən, sən bundan qafil idin. İndi səndən pərdəni götürdük. Bu gün gözün çox yaxşı görür.
Kerbelayi Malik ağa:
Allahu Təala buyurar: ‘And olsun ki, sən bundan qəflət içində idin. Sənin gözündən pərdəni qaldırdıq. Artıq bu gün sən çox yaxşı görürsən.’
Ələsgər Musayev:
Əlbəttə, sən bundan qəflətdə idin şəfa etdik səndən örtüyünü. Sənin baxışın bu gün itidir.
A.Mehdiyev və D.Cəfərli:
(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini onların cəzasını görəcəksən).
Kövsər Tağıyev:
(Ona:) “And olsun, sən bundan qəflətdə idin. İndi qəflət pərdəni açdıq, artıq bu gün gözün kəskindir”, (deyilər).
M.Qənioğlu və T.Bilaloğlu:
(İnsana deyilər): "Sən isə bunun barəsində qəflətdə idin. Biz (qəflət) örtüyünü səndən götürdük artıq bu gün sənin gözün itidir."
Sabirə Dünyamalıyeva:
həqiqətən sən bundan qafil, xəbərsiz idin. İndi səndən pərdəni götürdük. Bugün artıq gözün kəskindir; Quran sayəsində düzgün qərarlar ala bilən biri oldun.