Rəd Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
əməlisaleh ataları, zövcə­­ləri övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub( deyəcəklər):
Bünyadov-Məmmədəliyev:
Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara):
Elmir Quliyev :
сады Эдема, в которые они войдут вместе со своими праведными отцами, супругами и потомками. Ангелы будут входить к ним через любые врата.
Ələddin Sultanov:
(Bu gözəl aqibət) onların, eləcə atalarından, zövcələrindən övladlarından əməlisaleh olanların daxil olacaqları Ədn cənnətləridir. Mələklər hər qapıdan onların yanına daxil olarlar (və belə deyərlər:)
Kerbelayi Malik ağa:
Adn cənnətləri (vardır). Onların atalarından, zövcələrindən nəsillərindən salaha çatan kimsələr, ona (adn cənnətlərinə) girərlər. Hər qapıdan mələklər onların yanına daxil olarlar.
Ələsgər Musayev:
əbədi qalacaqları Ədn cənnətləri. Daxil olarlar ora kim ki, saleh idi atalarından zövclərindən zürriyyətlərindən. Mələklər onların yanına külli qapıdan daxil olarlar:
A.Mehdiyev və D.Cəfərli:
(Həmin o) əbədi Cənnətlər ki, onların özləri atalarından, zövcələrindən övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. mələklər hər bir qapıdan onların yanına daxil olarlar.
Kövsər Tağıyev:
Bu sonluq da Ədn cənnətləridir. Atalarından, zövcələrindən övladlarından əməli- saleh olanlarla birlikdə oraya daxil olarlar. Mələklər hər bir qapıdan onların yanına daxil olar (və belə deyərlər:)
M.Qənioğlu və T.Bilaloğlu:
Ədn [cənnət] bağları olacaqdır ki, oraya da özləri, əməlisaleh ata- anaları, ər-arvadları törəmələri daxil olarlar. Mələklər isə hər qapıdan onların yanına girərək
Sabirə Dünyamalıyeva:
ədn cənnətləri onlarındır. Onlar, atalarından, zövcələrindən nəsillərindən əməlisaleh olanlar ədn cənnətlərinə daxil olacaqlar. Tapşırıq almış güclər/xəbərçi ayələr hər bir qapıdan [onların] yanına girəcəklər: