Əlixan Musayev:
Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Məgər qorxmursunuz?”
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
Elmir Quliyev
:
Воистину, Мы направили Нуха (Ноя) к его народу, и он сказал: "О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?"
Ələddin Sultanov:
Həqiqətən, Nuhu öz qövmünə elçi göndərdik. O: “Ey qövmüm! Allaha ibadət edin! Ondan başqa sizin heç bir ilahınız yoxdur! Elə isə, Allahdan çəkinmirsinizmi?” - demişdi.
Kerbelayi Malik ağa:
And olsun ki, Nuh (ə.s)i öz qövmünə göndərdik. O dedi: ‘Ey qövmüm! Allaha qul olun. Sizin Ondan başqa İlahınız yoxdur. Hələ təqva sahibi olmayacaqsınızmı?’.
Ələsgər Musayev:
Göndərdik Nuhu öz qoumuna tərəf və
dedi: «Ay qoumum! Ibadət edin Allaha! Ondan qeyri sizin
üçün Ilahi yoxdur. Ə, təqvalı olmazsınızmı?»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz (ilk şəriət sahibi olan) Nuhu (o vaxt yer üzündə olanların hamısını əhatə edən) öz qövmünə (peyğəmbər) göndərdik. Beləliklə o, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Məgər (Onun qəzəbindən və Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?»
Kövsər Tağıyev:
And olsun, biz Nuhu öz qövmünə peyğəmbər olaraq göndərdik. “Ey qövmüm! Allaha qulluq edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Hələ də Allaha qarşı gəlməkdən çəkinmirsinizmi?” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Nuhu öz camaatının yanına (peyğəmbər) göndərdik. O dedi, "Ey camaatım! Allaha ibadət edin, Ondan başqa bir tanrınız yoxdur. Məgər siz qorxmursunuz?"
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz Nuhu öz qövmünə elçi göndərdik və o: "Ey qövmüm! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. Hələ də Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı?" dedi.