Loğman Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
Elmir Quliyev :
А если кто не уверовал, то пусть его неверие не печалит тебя. Им предстоит вернутся к Нам, и Мы поведаем им о том, что они совершили. Воистину, Аллах знает о том, что в груди.
Ələddin Sultanov:
Kafir olanın küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik. Şübhəsiz ki, Allah qəlblərdə olanı biləndir.
Kerbelayi Malik ağa:
Kim inkar etsə, onun küfrü səni üzməsin! Onların dönüşü Bizədir. Beləcə etdikləri şeyləri onlara xəbər verəcəyik. Şübhəsiz ki, Allah qəlblərdə olanı ən yaxşı biləndir.
Ələsgər Musayev:
Kim kafir olarsa, qoy səni hüznlü etməsin onun küfrü. Bizə tərəfdir onların müraciətləri xəbər verərik onlara ilə ki, əməl ediblər. Həqiqətən, Allah Alimdir ürəklərin zatına!
A.Mehdiyev və D.Cəfərli:
Kim kafir olsa, onun küfrü səni kədərləndirməsin. Çünki, onların dönüşü Bizə tərəfdir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik (və cəzalandıracağıq). Şübhəsiz, Allah sinələrin dərinliklərindəkini biləndir.
Kövsər Tağıyev:
Kim inkar edərsə, onun inkarı səni üzməsin. Onların dönüşləri ancaq bizədir. Biz onlara etdiklərini xəbər verərik. Allah qəlblərdə olanı haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim küfr edərsə, onun küfr etməsi qoy səni kədərləndirməsin. Onların qayıdışı Bizədir, onda törətdikləri əməllər haqqında onlara xəbər verəcəyik. Axı Allah ürəklərdə olanlardan da xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Kim küfr işləsə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etsə], artıq onun küfrü [bilə-bilə inkar etməsi] səni kədərləndirməsin. Onların dönüşü ancaq Bizədir. O zaman Biz onlara etdikləri şeyləri xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərin içini çox yaxşı bilir.