Əlixan Musayev:
Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.
Bünyadov-Məmmədəliyev:
Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki,
Elmir Quliyev
:
Среди верующих есть мужи, которые верны завету, который они заключили с Аллахом. Среди них есть такие, которые уже выполнили свои обязательства, и такие, которые еще ожидают, но никак не изменяют своему завету.
Ələddin Sultanov:
Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.
Kerbelayi Malik ağa:
Möminlərdən bir qisim kişilər Allaha etdikləri əhdə sadiq qaldılar. Beləcə onlardan bir qismi verdiyi sözü yerinə yetirdi (şəhid oldu), bir qismi də (şəhid olmağı) gözləyirlər. Onlar (əhdlərindən) bir şey dəyişdirmədilər.
Ələsgər Musayev:
Inananlardan kişilər var ki, sadiqdir Allahla olan əhdinə.
Onlardan kimisi öz əhdini yerinə yetirdi və kimisi intizar çəkir.
Dəyişmədilər dəyişikliknən,
A.Mehdiyev və D.Cəfərli:
Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər.
Kövsər Tağıyev:
Möminlərdən elə adamlar var ki, Allaha verdikləri sözə sadiq qaldılar. Onlardan bir qismi verdikləri sözü yerinə yetirmişdir (şəhid olmuşdur). Bir qismi isə (şəhid olmağı) gözləyir. Verdikləri sözü əsla dəyişdirməmişlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlər arasında elə adamlar vardır ki, onlar Allaha verdikləri əhdə sadiq qalıblar. Onların arasında canını fəda edən də, (bu şərəfi) gözləyən də vardır. Onlar (əhdi) əsla dəyişdirmədilər
Sabirə Dünyamalıyeva:
Möminlərdən elə kəslər var ki, Allaha, imanlarının gərəyi olaraq etməli olduqları şeylərə sədaqət göstərdilər. Onlardan bəziləri nəzirini verən/canını verən kəslərdir, bəziləri də gözləyən kəslərdir.