Yasin Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz onlar məni xilas edə bilməzlər.
Bünyadov-Məmmədəliyev:
Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.
Elmir Quliyev :
Неужели я стану поклоняться другим богам помимо Него? Ведь если Милостивый пожелает причинить мне зло, то их заступничество ничем не поможет мне, и они не спасут меня.
Ələddin Sultanov:
Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə zərər vermək istəsə, onların (bütlərin) şəfaəti mənə heç bir fayda verməz onlar məni xilas edə bilməzlər.
Kerbelayi Malik ağa:
Mən Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman mənə bir zərər diləsə, onların şəfaəti mənə bir fayda verməz. Onlar məni qurtara bilməzlər.
Ələsgər Musayev:
Ə, mən götürəcəyəmmi özümə Ondan başqa ilahilər? Əgər istəsə Rəhman mənə bir zərər, ehtiyacsız etməz məni şəfaəti onların şeydən xilas etməzlər məni.
A.Mehdiyev və D.Cəfərli:
«Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz mənə nicat verə bilməzlər».
Kövsər Tağıyev:
“Məni yaradana mən niyə ibadət etməyim? Halbuki siz yalnız Ona döndəriləcəksiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər mən Ondan başqalarını (özümə) tanrılar edərəmmi? Əgər Mərhəmətli mənə bir xətər yetirmək istəsə, o tanrıların havadarlığı mənə heç bir fayda verməz onlar məni xilas edə bilməzlər.
Sabirə Dünyamalıyeva:
Mən, heç Onun altındakılardan məbud qəbul edərəmmi?