Əlixan Musayev:
Allahın əzəldən müəyyənləşdirdiyi qayda belədir. Sən Allahın qoyduğu qaydalarda (heç vaxt) bir dəyişiklik tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və möminlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar).
Elmir Quliyev
:
Таково установление Аллаха, которое уже свершалось ранее, и ты не найдешь замены установлению Аллаха.
Ələddin Sultanov:
Bu, Allahın əzəldən qoyduğu qanunudur. Allahın qoyduğu qanunda heç bir dəyişiklik tapa bilməzsən.
Kerbelayi Malik ağa:
Daha əvvəldən bəri davam edən Allahın qanunu budur. Allahın qanununda bir dəyişiklik tapa bilməzsən.
Ələsgər Musayev:
sünnətinə görə Allahın, hansı ki, keçdi
qabaqcadan. Tapa bilməzsən Allahın sünnəti üçün dəyişiklik!
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbərlərin bu qələbəsi yazısı) əvvəlcədən (Lövhi-məhfuzda, baş verməsi isə ümmətlərdə) keçmiş ilahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan.
Kövsər Tağıyev:
Allahın əvvəldən bəri işləyən qanunu (budur). Allahın qanununda əsla bir dəyişiklik tapa bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın əvvəldən (qoymuş olduğu) qayda-qanunu budur. Sən Allahın qayda-qanununda heç bir dəyişiklik tapa bilməzsən!
Sabirə Dünyamalıyeva:
-Allahın qanununda qətiyyən bir dəyişiklik görə bilməzsən.- Sonra bir yol göstərən, himayəçi yaxın və köməkçi də tapa bilməzdilər.