Tövbə Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Əgər atalarınız qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Əgər atalarınız qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.
Elmir Quliyev :
О те, которые уверовали! Не берите своих отцов и братьев себе в помощники и друзья, если они предпочли вере неверие. А те из вас, которые берут их себе в помощники и друзья, являются беззаконниками.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Əgər atalarınız qardaşlarınız iman gətirmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın (onlarla yaxınlıq etməyin)! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Küfrü imandan üstün tutaraq əgər onu (küfrü) sevsələr, atalarınızı qardaşlarınızı dost tutmayın. Sizdən kim onlara dönsə, onlar zalımlardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Dost tutmayın atalarınızı qardaşlarınızı, əgər küfrü imandan çox sevdilər. Sizdən kim onları dost tutsa həmin onlar zalimlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, əgər atalarınız qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost köməkçi götürməyin. Sizdən kim onları dost köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Əgər küfrü imandan üstün tutsalar, atalarınızı qardaşlarınızı belə dost tutmayın. Sizdən kim onları dost tutsa, onlar məhz zalımlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Valideynlərinizi, bacı-qardaşlarınızı - əgər onlar küfrü imandan üstün tutarlarsa - özünüzə dost tutmayın. Sizlərdən onları dost tutanlar - onlar zalımlardır.
Sabirə Dünyamalıyeva:
 Ey iman etmiş kəslər! Əgər atalarınız qardaşlarınız iman əvəzinə küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyi] sevirlərsə, onları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Sizdən hər kim onları [özünə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul edərsə, bax məhz onlar səhv işlər görənlər; öz zərərlərinə olan əməli işləyənlərdir.