Bəqərə Surəsi 235. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!
Bünyadov-Məmmədəliyev:
(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə müddətində) onlarla gizlində vədələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!
Elmir Quliyev :
На вас не будет греха, если вы намекнете о сватовстве к женщинам или утаите это в душе. Аллах знает, что вы будете вспоминать о них. Не давайте им тайных обещаний и говорите только достойные слова. Не принимайте решение вступить в брак, пока не истечет предписанный срок. Знайте, что Аллаху известно о том, что в ваших душах. Остерегайтесь Его и знайте, что Аллах Прощающий, Выдержанный.
Ələddin Sultanov:
(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməyiniz ya (bu istəyi) ürəyinizdə gizlətməyiniz sizə günah deyil. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlara məşru bir söz demək istisna olmaqla, onlarla gizlində vədələşməyin! Fərz olan gözləmə vaxtları bitənə qədər (onlarla) nikahlanmaq fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Elə isə, Ondan çəkinin bilin ki, Allah bağışlayandır, həlimdir.
Kerbelayi Malik ağa:
(Gözləmə müddəti içindəki qadınlara) onlarla evlənmək istədiyinizi işarə ilə bildirməyinizdə ya öz içinizdə (belə bir arzunu) gizlətməyinizdə sizin üzərinizə günah yoxdur. Allah sizin onları daim xatırlayacağınızı bildi. Lakin onlara (adət ənənəyə uyğun) bir söz söyləməyiniz (evlənmə istəyiniz) istisna olmaqla, əsla onlarla gizlicə sözləşməyin. Fərz olan gözləmə müddəti sona çatana qədər nikah etmək qərarına gəlməyin. Allahın içinizdə olanı bildiyini bilin! Artıq Ondan çəkinin. Allahın Ğafur (və) Həlim olduğunu bilin!
Ələsgər Musayev:
Yoxdur günah üzərinizdə sizin, nədə ərz etdiniz onunla xitabdan qadınlara, ya gizlədəsiniz öz nəfsinizdə. Bildi Allah, həqiqətən, siz zikr edəcəksiniz onları lakin vədələşməyin onlarla sirli, ancaq ki, deyəsiniz söz mərifətli. Yoxdur əzminiz nigah bağlmağa, ta yetişə kitab əcəlinə onun bilin , həqiqətən, Allah bilir ki, nəfsinizdədir sizin həzər edin Ona. Bilin, həqiqətən, Allah Ğəfurdur, Həlimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Vəfat iddəsində olan) qadınlara elçilik barəsində üstüörtülü bir şey deməyinizdə, yaxud (bunu) ürəyinizdə gizlətməyinizdə sizə bir günah yoxdur. Allah sizin tezliklə onları (fitri hisslər əsasında) yada salacağınızı bilir. Lakin onlarla evlənmək barəsində gizlində sövdələşməyin, yalnız bəyənilən (və üstüörtülü rəmzi) sözlər deyin. Müəyyən olunmuş müddət (iddə) sona çatmayınca əsla nikah bağlamaq qərarına gəlməyin. Bilin ki, Allah ürəyinizdə olanları bilir. Buna görə Ondan (Onun qəzəbindən) çəkinin bilin ki, Allah çox bağışlayan həlimdir.
Kövsər Tağıyev:
(Əri vəfat edib özü iddət gözləyən) qadınlara onlarla evlənmək istədiyinizi üstüörtülü olaraq çatdırmanızda ya bu istəyinizi içinizdə saxlamanızda sizin üçün bir günah yoxdur. Allah bilir ki, siz onlara (bunu əvvəl-axır mütləq) deyəcəksiniz. Şəriətin icazə verdiyi şəkildə sözlər söyləməniz xaricində onlarla xəlvət görüşmək üçün vədələşməyin. Gözləmə müddəti bitincəyə qədər nikah bağlamaq fikrinə düşməyin. Bunu da bilin ki, Allah içinizdən keçəni haqqı ilə bilir. Ona görə Allaha qarşı gəlməkdən çəkinin yenə bunu da bilin ki, Allah, həqiqətən, çox bağışlayandır, həlimdir (Dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlara evlənmək istəyi barəsində işarə etməkdə ya bunu ürəyinizdə saxlamaqda sizə günah olmaz. Allah bilir ki, sız onları (tez-tez) xatırlayacaqsınız. Onlarla gizlicə vədələşməyin, onlara yalnız xoş sözlər deyin. Gözləmə vaxtı çatmayınca nikah bağlamaq fikrində olmayın. Bilin ki, Allah ürəklərinizdə olanları bilir. Ondan ehtiyat edin bilin ki, Allah həqiqətən bağışlayandır, həlimdir.
Sabirə Dünyamalıyeva:
bu qadınlarla evlənmək istədiyinizi üstüörtülü bir şəkildə bildirməkdə yaxud bunu ürəyinizdə saxlamaqda sizin üçün heç bir günah yoxdur. Allah, şübhəsiz ki, sizin onları yada salacağınızı bilir. Lakin ənənəyə uyğun/hər kəs tərəfindən qəbul edilmiş şəkildə bir söz söyləmək xaricində onlarla gizlicə vədələşməyin. Vacib olan müddət başa çatmamış nikah bağlamaq barədə qəti qərara gəlməyin. Bilin ki, şübhəsiz, Allah daxilinizdə olanı bilir. Elə isə Ondan qorxun. Yenə bilin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan çox bağışlayandır, çox həlimdir.