Əlixan Musayev:
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.
Bünyadov-Məmmədəliyev:
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.
Elmir Quliyev
:
Разве ты не видишь, как Аллах приводит притчи? Прекрасное слово подобно прекрасному дереву, корни которого прочны, а ветви восходят к небу.
Ələddin Sultanov:
Allahın, gözəl bir sözü, kökü (yerdə) sabit duran, budaqları isə göydə olan gözəl bir ağaca bənzədərək necə bir misal çəkdiyini görmədinmi?!
Kerbelayi Malik ağa:
Allah necə örnək verdi, görmədinmi? Gözəl bir söz gözəl bir ağac kimidir. Onun əsli sabitdir (kökü torpaqdadır) və onun budaqları səmadadır.
Ələsgər Musayev:
Ə, görmədinmi Allah necə məsəl
vurur pak kəlməni pak ağaca? Onun rişəsi sabitdir və budaqları
səmada!
A.Mehdiyev və D.Cəfərli:
Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)
Kövsər Tağıyev:
Görmədinmi Allah gözəl bir sözü necə misal gətirdi? (Gözəl bir söz) kökü möhkəm, qol-budağı göyə yüksələn bir ağac kimidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən kökü yerdə möhkəm, budaqları isə səmada olan gözəl bir ağaca bənzəyən gözəl sözləri Allahın necə misal çəkdiyini bilmirsən?
Sabirə Dünyamalıyeva:
Görmədinmi/heç düşünmədinmi, Allah necə bir misal çəkdi? Gözəl bir söz, kökü möhkəm, qol-budağı göydə olan, Rəbbinin izni ilə/məlumatı daxilində hər an məhsul verən gözəl bir ağac kimidir.