İsra Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən onlara rəhm et!”– de.
Bünyadov-Məmmədəliyev:
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən onlara rəhm et!” de.
Elmir Quliyev :
Склони пред ними крыло смирения по милосердию своему и говори: "Господи! Помилуй их, ведь они растили меня ребенком".
Ələddin Sultanov:
Onları təvazökarlıqla mərhəmət qanadının altına al (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən onlara rəhm et!
Kerbelayi Malik ağa:
Onlara mərhəmət edərək təvazökarlıq ilə qanadının altına al! ‘Rəbbim! Onların məni yetişdirdiyi kimi ikisinə mərhəmət et!’ de.
Ələsgər Musayev:
Hər iki cinahını onların qarşısında mərhəmətlə de: «Rəbbim! Onların hər ikisinə rəhm et, qədər, onlar məni kiçiklikdə tərbiyə etdilər!»
A.Mehdiyev və D.Cəfərli:
mehribanlıq üzündən onların qarşısında təvazökarlıq kiçiklik qanadı sal (təvazökarlıq göstər) «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!
Kövsər Tağıyev:
Onlara mərhəmət edərək təvəzö qanadının altına al de ki: “Rəbbim! Körpə ikən məni qoruyub yetişdirdikləri kimi sən onlara mərhəmət et”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlan itaətlə mərhəmət qanadının altına alaraq de: "Rəbbim, onlar məni körpəlikdən tərbiyə edib böyütdükləri kimi Sən onlara rəhm et!"
Sabirə Dünyamalıyeva:
ikisinə şərəfli, şirin gözəl söz söylə. mərhəmət göstərərək onlar üçün təvazökarlıq qanadlarını endir. ki: "Ey Rəbbim! Onların məni kiçik yaşımda tərbiyə edib böyütdükləri kimi, onlara rəhmət et."