Rum Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həm qorxu, həm ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Sizə həm qorxu, həm ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.
Elmir Quliyev :
Среди Его знамений то, что Он показывает вам молнию, чтобы вызвать у вас страх и надежду, а также ниспосылает с неба воду и оживляет ею землю после ее смерти. Воистину, в этом знамения для людей разумеющих.
Ələddin Sultanov:
Sizə qorxu ümidi hiss etdirmək üçün ildırımı göstərməsi Onun (varlığının) dəlillərindəndir. O, göydən su endirir ölümündən sonra onunla torpağa can verir. Həqiqətən, düşünənlər üçün bunda ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Onun ayələrindəndir ki, qorxu ümid olaraq sizə şimşəyi göstərər. Göydən su endirər, beləcə onunla ölümündən sonra torpağı dirildər. Şübhəsiz ki, bunda ağıl edən bir qövm üçün mütləq ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Onun ayətindəndir ki, göstərir sizə bərqi xof təmənna olaraq. Nazil edir səmadan su həyat verir onunla ərzə ölümündən sonra. Həqiqətən, bunda ayətlər var əql edən qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
(Şimşəyi və) ildırımı qorxu ümid üçün (viran olmaq qorxusu yağışa olan ümid) sizə göstərməsi göydən (yağış, qar dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət hikmətinə dair) nişanələr vardır.
Kövsər Tağıyev:
Qorxu ümid yeri olaraq sizə şimşəyi göstərməsi, göydən yağmur endirib onunla yer üzünü ölümündən sonra diriltməsi Onun (varlığının qüdrətinin) dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir toplum üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun sizə həm qorxu, həm ümid gətirən ildırımı göstərməsi, səmadan su endirib yeri ölümündən sonra bununla diriltməsi Onun dəlillərindəndir. Həqiqətən, anlayan adamlar üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Yenə Onun ayələrindəndir ki, sizə həm qorxu, həm ümid vermək üçün şimşəyi göstərir. göydən su endirib onunla yer üzünə ölümündən sonra həyat verir. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün qədər işarətlər/nişanələr var.