Cin Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar özlərinə vəd olunmuş (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif sayca daha az olduğunu biləcəklər.
Bünyadov-Məmmədəliyev:
Onlar təhdid olunduqlarını (qiyamətdəki, ya Bədr vuruşundakı əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif sayca daha az olduğunu biləcəklər.
Elmir Quliyev :
Когда же они увидят то, что им было обещано, то узнают, чьи помощники слабее и малочисленнее.
Ələddin Sultanov:
Onlar özlərinə vəd olunanı (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif sayca daha az olduğunu biləcəklər.
Kerbelayi Malik ağa:
Nəhayət vəd olunduqları şeyi gördükləri zaman artıq kimin köməkçisi daha zəif say baxımından daha azdır yaxında biləcəklər.
Ələsgər Musayev:
Ta onda ki, gördülər ki, onlara vəd verilib bilərlər kim zəifdir yardım tərəfindən azdır sayda.
A.Mehdiyev və D.Cəfərli:
Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif sayca daha az olduğunu başa düşəcəklər.
Kövsər Tağıyev:
Nəhayət, xəbərdar olunduqları şeyi gördükləri zaman kimin yardımçısı daha zəif, kimin sayı daha az imiş biləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərinə vəd olunmuşu [əzabı] görüncə onlar kimin köməkçisinin daha zəif sayca az olduğunu biləcəklər.
Sabirə Dünyamalıyeva:
Nəhayət təhdid edildikləri şeyi gördükləri zaman, kimin köməkçilər baxımından ən zəif say baxımından da daha az olduğunu dərhal biləcəklər.