Əlixan Musayev:
Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. (Bu,) müttəqilər üçün bir borcdur.
Bünyadov-Məmmədəliyev:
Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir.
Elmir Quliyev
:
Разведенных жен полагается обеспечивать разумным образом. Такова обязанность богобоязненных.
Ələddin Sultanov:
Boşanan qadınların adətə müvafiq qaydada dolanışıqlarının təmin edilməsi müttəqilərin borcudur.
Kerbelayi Malik ağa:
Boşanmış qadınların marufla (adət-ənənəyə uyğun olaraq) mətalandırılması (faydalandırılması) təqva sahiblərinin üzərində bir haqdır (borcdur).
Ələsgər Musayev:
Talaqlılar üçün mətah mərifətlə,
haqdır üzərində müttəqilərin
A.Mehdiyev və D.Cəfərli:
Və talaq verilmiş qadınlara (ər tərəfindən) münasib mal və yaşayış şəraiti lazımdır (iddə gözlədiyi müddətin xərcləri və talaqın növündən asılı olaraq mehriyyənin hamısı və ya bir hissəsi onlara verilməlidir). Bu, təqvalıların boynunda sabit və vacib (bir vəzifə)dir.
Kövsər Tağıyev:
Boşanmış qadınların qəbul olunmuş ölçüyə görə dolanışıqlarının təmin edilməsi onların haqqıdır. Bu, Allaha qarşı gəlməkdən çəkinənlər üzərində bir borcdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Boşanmış qadınların qayda üzrə bəzi şeylər götürməyə haqqı vardır. Bu, müttəqilər üçün bir borcdur.
Sabirə Dünyamalıyeva:
Boşanmış qadınların adətlərə uyğun/hər kəs tərəfindən qəbul edilmiş şəkildə bəhrələnməsi/ehtiyaclarının təmin edilməsi Allahın mühafizəsi altına daxil olan kəslərin üzərində bir vəzifədir.