Bəqərə Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara (dünyadakının )oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var onlar orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) İman gətirən yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr var. Onlar (möminlər) orada əbədi qalacaqlar.
Elmir Quliyev :
Обрадуй тех, которые уверовали и совершали праведные деяния, тем, что им уготованы Райские сады, в которых текут реки. Всякий раз, когда им будут подавать плоды для пропитания, они будут говорить: "Это уже было даровано нам прежде". Но им будут давать нечто похожее. У них там будут очищенные супруги, и они пребудут там вечно.
Ələddin Sultanov:
İman gətirib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcələr var. Onlar orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Amənu olub, əməli salihat (nəfsi islahedici əməl) işləyənlər üçün altlarından çaylar axan cənnətlər olduğunu müjdələ. Oradakı meyvələrdən məhsullardan ruzi olaraq verildiyində 'Bu bizə daha əvvəl ruzi olaraq verilən (yediyimiz) şeydir.' dedilər. Ona (dünyadakı ruzilərinə) bənzər (ləzzət baxımından çox üstünü) verilmişdir. Onlar üçün orada təmiz zövcələr vardır. Onlar orada əbədi qalacaq olanlardır.
Ələsgər Musayev:
Bəşarət ver o kəslərə ki, inanırlar əməli salehdirlər, həqiqətən, onlar üçün cənnətlər varcari olur altından onun nəhrlərKülli ki, ruzi verilir onun səmərəsindəndeyirlər: «Bu, odur ki, ruzi verilmişdi bizə qabaqcadan». onlara əta edilib onun ancaq bənzəri onlar üçün orada pak zövclər var onlar orada həmişəlikdirlər
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir.» onların yanına bütün meyvələr (gözəllik lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün (aybaşı, xəstəlik pis xasiyyətdən) pak zövcələr vardır onlar orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
İman edib saleh işlər görənləri müjdələ ki, onlar üçün içindən çaylar axan cənnətlər var. Cənnətlərin meyvələrindən hər dəfə onlara ruzi veriləndə: “Bu, (eynilə) daha öncə (dünyada ikən) bizə verilən ruzidir!” deyəcəklər. Halbuki bu ruzi onlara (dünyadakına) bənzər olaraq verilmişdir. Onlar üçün orada tərtəmiz zövcələr var. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlərə xeyirli işlər görənlərə belə bir müjdə ver ki, dibindən çaylar axan cənnət bağları onlar üçündür. Oradakı meyvələrdən ruziləndikcə onlar deyəcəklər: "Bu ki, əvvələr bizə verilmiş ruzilərdəndir." Ancaq onlara o vaxt (buna) bənzərləri verilmişdi. Onlar üçün orada pak zövcələr vardır onlar orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
İnanmış yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə də, "Şübhəsiz ki, onlar üçün altından çaylar axan cənnətlər olduğu" müjdəsini ver. Onlar, hər dəfə oradakı hər hansı bir meyvədən ruzi olaraq yedikdə, "Bu, bizim daha əvvəl ruzi olaraq yediyimiz şeydir" deyərlər. onlara onun oxşarları verilmişdir. Orada çox təmiz zövcələr yalnız onlara məxsusdur. onlar, orada əbədi qalacaqlar.