Əlixan Musayev:
O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın, Haqq olduğunu biləcəklər.
Bünyadov-Məmmədəliyev:
O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
Elmir Quliyev
:
В тот день Аллах воздаст им в полной мере по их истинному счету, и они узнают, что Аллах есть Явная Истина.
Ələddin Sultanov:
O gün Allah onlara layiq olduqları cəzanı verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər.
Kerbelayi Malik ağa:
İzn günü Allah onlara cəzalarını haqqıyla verəcək. Allahın Haqq Mübin (haqqı açıqlayan) olduğunu biləcəklər.
Ələsgər Musayev:
O gün ki, verər Allah onlara öz dinlərini haqq olaraq və bilərlər ki, Allah – O Haqdır, Mubindir!
A.Mehdiyev və D.Cəfərli:
Allah həmin gün onların (əqidə və əməllərinin) haqq cəzasını tam şəkildə əda edəcəkdir və onlar (əyani şəkildə gördükdən sonra yəqinliklə) Allahın həmin sabit haqq və (camal və cəlalı axirət aləmində kamil şəkildə cilvələndiyi üçün tam) aşkar olmasını biləcəklər.
Kövsər Tağıyev:
O gün Allah onlara haqq olan cəzalarını tam bir şəkildə verəcək və onlar Allahın açıq-aydın bir haqq olduğunu biləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Allah onlara layiqli cəzalarını tam verəcək və onlar Allahın aydın bir haqq olduğunu biləcəklər.
Sabirə Dünyamalıyeva:
O gün Allah, onlara [əməllərinin] əsl əvəzini əskiksiz verəcək. Onlar da Allahın, məhz açıq-aşkar haqq olduğunu biləcəklər.