Əlixan Musayev:
(Baş verəcəyinə) Şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?
Bünyadov-Məmmədəliyev:
Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının (tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
Elmir Quliyev
:
А что произойдет, когда Мы соберем их в тот день, в котором нет сомнения, когда каждая душа сполна получит то, что она приобрела, и когда с ними не поступят несправедливо?
Ələddin Sultanov:
Bəs olacağına şübhə edilməyən bir gündə onları topladığımız və haqsızlıq edilmədən hər kəsə (dünyada) qazandığının əvəzi tam olaraq veriləcəyi zaman (onların halı) necə olacaq?!
Kerbelayi Malik ağa:
O halda haqqında şübhə olmayan bir gündə onları topladığımız və hər nəfsə qazandığının qarşılığı verildiyi zaman halları necə olacaq? Onlar zülm olunmazlar (haqsızlığa uğramazlar).
Ələsgər Musayev:
Və necə olacaq onda ki, Biz onları cəm edərik o
gün üçün ki, onda şübhə yoxdur və tamamilə veriləcək külli
nəfsə nə ki, kəsb edib və onlara zülm olunmayacaq?
A.Mehdiyev və D.Cəfərli:
Bel? is?, bar?sind? hec bir s?kk-subh? olmayan bir gund? onlar? toplad?g?m?z v? h?r k?s? k?sb etdiyinin ?v?zi (v? ya ?m?lin zahiri t?c?ssumu) tam v? kamil s?kild? – onlara zulm olunmadan, mukafatlar?ndan k?silm?d?n v? c?zalar? art?r?lmadan veril?n zaman hallar? nec? olacaq?.
Kövsər Tağıyev:
Görək, heç bir şübhə olmayan o gün onları bir yerə topladığımız və heç kimə haqsızlıq edilmədən hər kəsə qazandığı tamamilə ödəndiyi zaman onların halı necə olacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəs onda Biz onları şəkk-şübhə yeri olmayan (qiyamət) günü toplayarkən və heç kəsə haqsızlıq edilmədən öz qazandığının əvəzi tam verilərkən necə olacaqdır ?
Sabirə Dünyamalıyeva:
Yaxşı, barəsində heç bir şübhə olmayan o gündə onları bir yerə topladığımız və heç kimsəyə haqsızlıq edilmədən hər kəsə qazandıqları şeylər tamam-kamal ödəndiyi zaman necə olacaq?