Əlixan Musayev:
Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar (Məkkə müşrikləri) səni yalançı saysalar (heç ürəyini qısma). Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr, səhifələr və (Tövrat, İncil kimi) nurani kitab gətirmişdilər.
Elmir Quliyev
:
Если они не сочли тебя лжецом, то ведь их предшественники также считали лжецами посланников. Их посланники приносили им ясные знамения, Писания и освещающую книгу.
Ələddin Sultanov:
Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalanlamışdılar. Peyğəmbərləri onlara açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər.
Kerbelayi Malik ağa:
Əgər səni təkzib edirlərsə, o təqdirdə (bil ki) onlardan əvvəlkilər də (rəsullarını) yalanlamışdılar. Onların rəsulları onlara möcüzələr, səhifələr və nurlandırıcı kitab gətirdilər.
Ələsgər Musayev:
Əgər səni yalançı saysalar, fəqət yalançı saydılar
o kəslər ki, onlardan qabaq var idilər. Gəldi onlara rəsulları
onların aydın bəyanatlarla və zəburla və nurlu kitabla.
A.Mehdiyev və D.Cəfərli:
Və əgər səni təkzib etsələr (təəccüblü olmaz), həqiqətən, onlardan qabaq olanları (Allah rəsullarını) da təkzib etdilər, halbuki peyğəmbərləri onlara möcüzələr və (peyğəmbərliyin) aydın dəlillər(ini) və (məsləhət, nəsihət və ürfan) yazılar(ı) və (şəriətin) aydınlıq bəxş edən (yayan) kitab(ını) gətirmişdilər.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Əgər səni yalançı sayırlarsa, bil ki, onlardan əvvəlkilər də peyğəmbərlərini yalançı saymışdılar. Halbuki peyğəmbərləri onlara açıq-aydın dəlilləri, səhifələri və aydınladan kitabı gətirmişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar səni yalançı hesab etsələr (bil ki,) onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişlər. Halbuki peyğəmbərləri onlara aydın dəlillər və işıqlı Kitab gətirmişdilər.
Sabirə Dünyamalıyeva:
Və onlar səni təkzib edirlərsə, heç şübhəsiz ki, onlardan əvvəlki kəslər də təkzib etmişdilər; elçilər onlara açıq-aşkar dəlillərlə, səhifələrlə və aydınlıq bəxş edən kitablarla gəlmişdilər.